O, yazır: “Yəhudilər camaatın əmlakını özləri üçün halal hesab edirlər. Allah-Taala Quranda bu haqqda bizə xəbər verir. Onlar (yəhudilər): “Ümmilərə görə (kitab əhli olmayan cahil ərəblərin mallarını mənimsəməyə görə) bizə irad tutulmayacaq”, - deyər və bilə-bilə Allaha qarşı yalan söyləyərlər (“Ali-İmran”, 75). Rafizilər də eyni şəkildə bütün müsəlmanların əmlakını özləri üçün halal hesab edirlər. Yəhudilər digərlərinə qarşı hiylə işlətməyi icazəli hesab edirlər. Rafizilər də eyni əqidədədirlər”.
Cavab: Bu iddia bütünlüklə yalan, iftira olmaqla yanaşı şiəliyin ən ümdə və dəyişməz ehkamlarına ziddir; çünkü bütün İslam fəqihləri iki şəhadəti dilə gətirən insanların əmlakının, canının və qanının möhtərəm olması qənaətindədirlər. Bu ümumi hökmdən yalnız xəvaric, nasibilər və qalilər xaricdir.
Bundan başqa şiə alimləri alış-verişdə, hətta qeyri-müsəlmanlara qarşı belə hiylə işlətməyi haram hesab edirlər. Bu fətva bütün şiə fiqh kitablarında mövcuddur. Bizim imamlarımız da alış-verişdə hiylə işlətməyin haram olduğunu vurğulamışlar. Hişam ibn Salim İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: “Peyğəmbər (s) xurma satan bir kişiyə buyurdu: “Bilmirsənmi ki, müsəlmanları aldadan onlardan deyil?!”1
Dostları ilə paylaş: |