Haqqin iZİ İLƏ


BUNLAR HƏQİQİ ŞİƏ DEYİLLƏR



Yüklə 2,22 Mb.
səhifə260/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   256   257   258   259   260   261   262   263   ...   283

BUNLAR HƏQİQİ ŞİƏ DEYİLLƏR


1. İmam Sadiq (ə) buyurur: “Dili ilə bir söz deyib, əməli ilə onun əksini göstərən bizim şiələrimizdən deyil”.2

2. “Ey Məhəmməd (ə) ailəsinin şiələri! Qəzəbləndikdə qəzəbini cilovlamayan, ünsiyyətdə olduğu adama xoş rəftar göstərməyən, xoş dillə danışmayan, qarşı tərəf sülh istədikdə sülhə boyun qoymayan bizdən deyil”3.

3. “Bir şəhərdə minlərlə ondan daha təqvalısı olan kimsə bizim şiələrimizdən deyil”4.

4. “Bir qrup insan mənim onların imamı olduğumu düşünürlər. Allaha and olsun, mən onların imamı deyiləm. Allah onlara lənət etsin. Hansı örtüyü saldımsa yırtdılar. Mən bu cür deyirəm, onlar isə mənim fikrimin başqa cür olduğunu deyirlər. Mən o şəxsin imamıyam ki, mənə itaət edir”5.

5. İmam Həsən Əsgəri (ə) buyurur: “Bir kişi Peyğəmbərə (s) dedi: “Filankəs qonşusunun evinə baxır. Haram vəziyyət yarandıqda gözünü çəkmir. Peyğəmbər (s) narahat oldu və buyurdu: “Onu mənim yanıma gətirin”. Məclisdə iştirak edən başqa birisi dedi: “Ey Allahın Rəsulu! O, sizin şiələrinizdəndir. Sizin və Əlinin (ə) vilayətinə etiqadı olan, düşmənlərinizə nifrət bəsləyən biridir”. Həzrət (s) buyurdu: “O, bizim şiələrimizdəndir demə. Bu yalandır. Bizim şiələrimiz bizə tabe olanlar, yolumuzu davam etdirənlərdir”6.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin