İmamiyyə
Seyid Mürtəza "əl-Üyun və əl-məhasin" kitabında yazır: "İmamiyyə imamətin, məsumluğun və (imamət haqqında) aydın mətnin olmasının zərurətinə inananlardır".2
Səmani "əl-Ənsab" kitabında yazır: "İmamiyyə bir qrup ifratçı (qülüv üdən) şiədir. Onların belə adlandırılmasına səbəb imamətin Əli (ə) və övladlarına aid olmasına etiqad bəsləmələridir. Onların qənaətincə, camaatın imama ehtiyacı var. Onlar tezliklə axırzamanda zühur edib dünyanı zülmlə dolduğu kimi ədalətlə dolduracaq imamın intizarındadırlar".3
Səmaniyə cavab olaraq deyirik: On iki imamlı şiələr Əhli-beytin (ə) hər biri haqqında onları bəndəlikdən çıxaracaq qülüvdən pakdırlar. Eləcə də ürəyində o müqəddəslərə kin, ədavət bəsləyən hər bir kəsə nifrətlə yanaşırlar. Səmani bu əqidəni qülüv hesab edir. Bu, onun iddiasıdır. On iki imamlı şiələr həzrət Əlinin (ə) və məsum övladlarının imamətini, imamətin zərurətini, həzrət Mehdinin (əc.) axırzamanda zühur edəcəyini ağıla, kitaba (Qurana) və sünnəyə əsaslanan qəti dəlillərlə sübuta yetirirlər. Bu etiqadlar necə qülüv, həddi aşmaq ola bilər? Ola bilər ki, sizin əqidələrinizə uyğun deyil və onu aşmışdır.
Dostları ilə paylaş: |