7. Əli (ə) və “Bəraət” surəsinin catdırılması;
Əbu Rəfi deyir: “Peyğəmbər (s) Əbu Bəkri “Bəraət” surəsini (insanlara) catdırmaq üçün Məkkəyə göndərdi. Cəbrail (ə) Peyğəmbərin (s) yanına gələrək dedi: “Surəni ya sən özün, ya da səndən olan biri çatdırmalıdır”. Peyğəmbər (s) Əlini (ə) Əbu Bəkrin ardınca göndərdi. Əli (ə) Məkkə və Mədinə arasında ona çatdı. Surəni ondan alıb özü müsəlmanlara çatdırdı”.
Bu hədis yetmiş üç əhli-sünnə alimi tərəfindən nəql edilmişdir. Belə alimlərə nümunə olaraq Əhməd ibn Hənbəl10, İbn Macə11 və Tirmizini12 göstərmək olar.
Dostları ilə paylaş: |