Haqqin iZİ İLƏ



Yüklə 2,22 Mb.
səhifə271/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   267   268   269   270   271   272   273   274   ...   283
2. Üç firqəyə bölünmək;

Digər bir çox hədislər isə İslam ümmətinin üç firqəyə bölünəcəyindən xəbər verir. Lakin burada məsələyə başqa cəhətdən yanaşılmışdır. Təbərani özünəməxsus sənədlə Peyğəmbərdən (s) nəql edir: "Qiyamət günü yetdikdə ümmət üç firqəyə bölünəcək. Onlardan biri Allaha ixlasla ibadət edərlər. İkincisi, riyakarcasına ibadət edər. Üçüncüsü isə dünya malı əldə etmək üçün ibadət edər".1

Seyid ibn Tavus özünəməxsus sənədlə Əbuzər, Miqdad ibn Əsvəd və Salmandan nəql edir: "Biz Peyğəmbərin (s) yanında tək əyləşmişdik. Bərd mühacirlərindən üç qrup bizim yanımıza gəldi. Peyğəmbər (s) buyurdu: "Məndən sonra ümmətim üç firqəyə bölünəcək. Onlardan biri haqq əhlidir. Batilə əsla qarışmaz. Onlar qızıla bənzəyirlər. Alovda əridildikcə daha da təmizlənir, xalisləşirlər. Onların imamı bu üç nəfərdən biridir. Bu o şəxsdir ki, Allah öz kitabından ona "إِمَاماً وَ رَحمَةً" sözləri ilə əmr etmişdir. Digər bir firqə batil əhlidir və hər növ haqdan uzaqdır. Onlar çürümüş dəmirə bənzəyirlər. Alovda əritdikcə pisliyi daha da üzə çıxır. Onların imamı bu üç nəfərdən biridir. Digər azğın bir firqə də var ki, bunların ikisi arasındadır. Nə o tərəfdəndir, nə də bu tərəfdən və Onların imamı bu üç nəfərdən biridir". Həzrətdən (s) haqq əhli və imamı haqqında soruşdum. Həzrət buyurdu: "O, pərhizkarların imamı Əli ibn Əbu Talibdir (ə)”. Digər iki firqənin rəhbərlərinin adını çəkməkdən isə imtina etdi. Nə qədər israr etdiksə də demədi".2


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   267   268   269   270   271   272   273   274   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin