Haqqin iZİ İLƏ


Yetmiş neçə firqəyə bölünmək



Yüklə 2,22 Mb.
səhifə272/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   268   269   270   271   272   273   274   275   ...   283
3. Yetmiş neçə firqəyə bölünmək.

Bir sıra rəvayətlər ümmətin Peyğəmbərdən (s) sonra yetmiş neçə yerə parçalanacağına işarə vurur. Bu rəvayətlərin sayı çoxdur və "nicat tapacaq firqə" adı ilə məşhurlaşmışdır. Bu hədislər şiə və əhli-sünnə hədis qaynaqlarında yer almışdır. Aşağıda sözügedən hədislərin bir neçəsini diqqətinizə çatdırırıq:



a) Əhli-sünnə rəvayətləri;

Bu hədislər əhli-sünnə qaynaqlarında müxtəlif ibarələrlə, fərqli vasitələrlə nəql olunmuşdur:

1. Əbu Hüreyrə Peyğəmbərdən (s) nəql edir:

"Yəhudilər yetmiş bir (yaxud yetmiş iki) firqəyə bölündülər. İsəvilər yetmiş bir (yaxud yetmiş iki) firqəyə parçalandılar. Mənim ümmətim isə yetmiş üç firqəyə bölünəcəkdir".3

Əbu Amir Abdullah ibn Lühəy deyir: “Biz, Müaviyə ibn Əbu Süfyanla həcc əməllərini yerinə yetirirdik. Məkkəyə çatdıqda günorta namazı zamanı Müaviyə dayandı və dedi: “Peyğəmbər (s) buyurmuşdur: "Həqiqətən, Tövrat və İncil əhli (yəhudi və xristianlar) öz dinlərində yetmiş iki firqəyə bölündülər. Tezliklə bu ümmət də yetmiş üç firqəyə, yəni müxtəlif həvəslərə bölünəcəklər. Onların birindən başqa qalan hamısı cəhənnəm əhlidir...”.4

3. Övf ibn Malik Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:

"Yəhudilər yetmiş bir firqəyə bölündülər. Onlardan biri behiştdə, yetmişi isə cəhənnəmdədir. İsəvilər yetmiş iki firqəyə bölündülər. Biri behiştdə, yetmiş biri isə cəhənnəmdədir. And olsun Məhəmmədin (s) canı əlində olan Yaradana, mənim ümmətim də mütləq yetmiş üç firqəyə parçalanacaq. Onlardan biri behiştdə, qalan yetmiş ikisi isə cəhənnəm alovunda olacaqdır". Soruşuldu: "Ey Allahın elçisi! Onlar kimlərdir?" Həzrət (s) buyurdu: "Həmin camaat".14. Övf ibn Malik Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Tezliklə ümmətim yetmiş neçə firqəyə parçalanacaq. Onların ən fitnə salanı məsələləri öz (şəxsi) fikirləri ilə müqayisə edənlərdir. Onlar halalı haram, haramı halal edənlərdir".2

5. Övf ibn Malik Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "(Ey Övf!) Ümmətim, yetmiş üç firqəyə parçalandıqda sən necə olacaqsan? Onların biri behiştdə, qalanları cəhənnəmdə olacaq".3

6. Abdullah ibn Əmr As Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:

"Ümmətimin başına nə az, nə çox Bəni-İsrailin başına gələnlər gələcək. Hətta əgər Bəni-İsraildə kimsə anası ilə aşkar şəkildə günah iş görmüşsə, mənim də ümmətimdə belə olacaq. Həqiqətən, Bəni-İsrail yetmiş iki firqəyə parçalandı. Mənim ümmətim də yetmiş üç firqəyə bölünəcək. Onların biri istisna olmaqla, qalan hamısı cəhənnəm əhlidir". Soruşuldu: "Ey Allahın elçisi, onlar kimlərdir?". Həzrət (s) buyurdu: "Mənim və səhabələrimin olduğu (etiqadda) olanlar".4

7. Ənəs ibn Malik Peyğəmbərdən (s) nəql edir: "Həqiqətən, Bəni-İsrail yetmiş bir firqəyə bölünmüşdür. Mənim ümmətim isə yetmiş iki firqəyə bölünəcək. Onların hamısı bu camaatın olduğu bir firqəni çıxmaq şərti ilə cəhənnəmə yuvarlanacaq".5

8. Əbu Əmamə deyir: "Bəni-İsrail qövmü yetmiş bir firqəyə parçalandı. (Yaxud yetmiş iki firqəyə parçalandı). Lakin mənim ümmətimə bir firqə də artırılacaq. Onların bir qrupunu çıxmaqla qalan hamısı cəhənnəmdə olacaq".6

9. Səd ibn Əbu Vəqqas Peyğəmbərdən (s) nəql edir: "Bəni-İsrail yetmiş bir firqəyə bölündü. Günlər keçəcək, mənim ümmətim də bu qədər firqəyə parçalanacaq".7

10. Əbu Dərda, Əbu Əmamə, Vasilə ibn Əscə və Ənəs ibn Malik Peyğəmbərdən (s) nəql edirlər: "Çəkişməni yığışdırın. Çünki Bəni-İsrail yetmiş bir, isəvilər isə yetmiş iki firqəyə bölündülər. Onların bir qrupunu çıxmaq şərtilə qalan hamısı yollarını azmışlar". Soruşuldu: "Ya Peyğəmbər! Həmin bir qrup kimlərdir?” Buyurdu: "Mənim və səhabələrimin olduğu yolda olanlar. Allahın dinində mübahisə etməyənlər. O kəslər ki, tövhid əhlindən birini bağışlanmış günahına görə küfrdə ittiham etmirlər".8 11. Cabir ibn Abdullah Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:

"Yəhudilər yetmiş bir dəstəyə bölündülər. Onların hamısı alovdadır. İsəvilər yetmiş iki firqəyə bölündülər. Onlar da hamısı alovdadırlar. Tezliklə mənim ümmətim də yetmiş üç firqəyə parçalanacaqlar. Onların birini çıxmaq şərtilə qalan hamısı alovda olacaqlar". Ömər ibn Xəttab dedi: "Ey Allahın elçisi, onların kim olduğunu mənə de". Həzrət buyurdu: "Böyük bir qrup".

12. Kəsir ibn Abdullah ibn Əmr ibn Zeyd atasından, o da öz atasından nəql edir: "Biz məsciddə Peyğəmbərin (s) yanında əyləşmişdik. Həzrət (s) buyurdu: "Şübhəsiz, siz nə az, nə çox keçmiş ümmətlərin keçdiyi yolları keçəcəksiniz. Onların gördüyü işi görəcəksiniz. Əgər bir qarış getmişlərsə, siz də bir qarış gedəcəksiniz. Əgər bir metr getmişlərsə, siz də bir metr gedəcəksiniz. Hətta əgər onlar kərtənkələ dəliyinə (yuvasına) girmişlərsə, siz də girəcəksiniz. Bilin, həqiqətən, Bəni-İsrail Musanın (ə) göstərişinin əksinə olaraq yetmiş bir firqəyə bölündü. Bir firqədən başqa hamısı azğın yoldadır. O, İslam və müsəlmanlardır. Həqiqətən, Bəni-İsrail həzrət İsa ibn Məryəmin (ə) istəyinin əksinə olaraq yetmiş bir firqəyə bölündü. Onların hamısı yolunu azmışlardır. Yalnız bir firqə istisnadır. O, İslam və müsəlmandır. Onlar (müsəlmanlar) da yetmiş iki firqəyə bölünəcəklər. Onlar hamısı yolunu azmışlardır. Yalnız bir firqə doğru yoldadır. O, İslam və müsəlmandır".1

Güman ki, hədisin son hissəsi İslam peyğəmbərinin (s) ardıcıllarına aiddir.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   268   269   270   271   272   273   274   275   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin