"Ümmətin parçalanması" hədisi iki firqəyə görə
Bəzi şiə və əhli-sünnə alimləri "Ümmətin parçalanması" hədisinin mütəvatir olduğunu bildirmişlər:
1. Muqbili - "əl-Elm əş-şamix".5
O, deyir: "Ümmətin yetmiş üç firqəyə parçalanması ilə bağlı hədislər çoxdur. Belə ki, onların bəzisi digərlərini gücləndirir. Nəticədə onun mənasının həyata keçəcəyinə şübhə qalmır".
2. Məhəmməd ibn Əqil - "Təqviyə əl-iman".6 O, yazır: "Ümmətin yetmiş üç firqəyə bölünməsi hədisi müxtəlif yollarla nəql olunmuşdur. Əksər hədis alimləri onu nəql etmişlər. Bəzi rəvayətlər digərlərinin doğruluğuna inam yaradır".
3. Süyuti - "əl-Came əs-səğir".7
4. Kəttani - "Nəzm əl-mütənasir min əl-hədis əl-mütəvatir".8
5. Seyid Nemətullah Cəzairi - "əl-Ənvar ən-nömaniyyə".2
Dostları ilə paylaş: |