8. Əlinin (ə) Kəbədə dünyaya gəlməsi;
Hakim Nişapuri yazır: “Mütəvatir13 rəvayətlərdə deyildiyinə görə, Fatimə bint Əsəd Əli ibn Əbu Talibi Kəbədə dünyaya gətirmişdir”14.
Bu hədisi on yeddi əhli-sünnə alimi nəql etmiş, on iki nəfər onun mütəvatir olduğunu, doqquz nəfər isə bu fəzilətin yalnız Əliyə (ə) aid olduğunu etiraf etmişlər.
9. Əli (ə) və bayraqdarlıq;
Əsləmi Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Sabah bayrağı elə bir adama verəcəyəm ki, o, Allahı və rəsulunu sevir, Allah və rəsulu da onu sevirlər”. Sonrakı gün Əbu Bəkr və Ömər Peyğəmbərin (s) onları çağıracağını gözləyirdi. Lakin Peyğəmbər (s) Əlinin (ə) gözünün ağrımasına baxmayaraq onu çağırtdırdı, ağzının suyundan gözünə çəkdi. Sonra bayrağı ona verdi. Qoşun da onunla hərəkət etdi1.
10. Əli (ə) - ilk mömin və müsəlman;
Peyğəmbər (s) Fatiməyə buyurdu: “Əli səhabələrim arasında İslamı ilk qəbul edən şəxsdir”2.
11.Əli (ə) - Peyğəmbərlə (s) ilk namaz qılan şəxs.
Hakim Nişapuri özünəməxsus sənədlə İmam Əlinin (ə) belə buyurduğunu nəql edir: “Mən Allah rəsulu (s) ilə başqalarından yeddi il öncə namaz qılırdım”3.
Dostları ilə paylaş: |