Haqqin iZİ İLƏ


Şiə məzhəbinə görə nicat tapacaq firqə



Yüklə 2,22 Mb.
səhifə280/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   275   276   277   278   279   280   281   282   283

Şiə məzhəbinə görə nicat tapacaq firqə


Quran ayələri bir-birini təfsir etdiyi kimi hədislər də bir-birini təfsir edir. Belə ki, əgər bu və ya digər rəvayətdə nümunə göstərilməyibsə, digər rəvayətlər bu baxımdan onu aydınlaşdırır. Aşağıda sözügedən rəvayətin nümunələrini aydınlaşdıran digər rəvayətləri diqqətinizə çatdırırıq:

1. "Səqəleyn" hədisi. Peyğəmbər (s) buyurmuşdur: "Ey camaat! Həqiqətən, sizin aranızda iki qiymətli şey qoyub gedirəm. Onlara tapınsanız, əsla yolunuzu azmazsınız. Onlar, Allahın kitabı və Əhli-beytim (ə) olan itrətimdir".4

Hər iki məzhəb tərəfindən qəbul olunan səhih sənədli bu hədisdə Peyğəmbər (s) nicat tapacaq firqənin yalnız Qurana və Əhli-beytə (ə) tapınanlar olduğunu bildirir.

İmam Hafiz Həsən ibn Məhəmməd Sənani (h. q. 650) "əş-Şəms əl-münirə" kitabında Peyğəmbərdən (s) nəql edir:

"Qardaşım Musanın (ə) qövmü yetmiş bir firqəyə bölündü. Qardaşım İsanın (ə) ümməti yetmiş iki firqətə bölündü. Tezliklə, mənim də ümmətim yetmiş üç firqəyə bölünəcək. Birini çıxmaq şərtilə qalan hamısı həlak olacaq".

Həzrətin (s) bu sözünü eşitdikdə müsəlmanların səsi ucaldı. Ucadan ağladılar. Üzlərini Peyğəmbərə (s) tutub dedilər: "Ey Allahın rəsulu! Sizdən sonra nicat yolunu necə tapaq? Nicat tapacaq firqəni necə tanıyaq, ona necə etimad göstərək?” Həzrət (s) buyurdu: "Mən sizin aranızda elə bir şey qoymuşam ki, ona tapınsanız əsla yolunuzu azmayacaqsınız. Bu, Allahın kitabı və Əhli-beytimdir (ə). Həqiqətən, mərhəmətli və bilici Allah mənə bildirmişdir ki, onlar hovuz kənarında mənə tərəf gəlincəyədək bir-birindən ayrılmayacaqlar.5


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   275   276   277   278   279   280   281   282   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin