2. "Səfinə" hədisi. Peyğəmbər (s) buyurmuşdur: "Bilin ki, həqiqətən, Əhli-beytimin (ə) misalı Nuhun (ə) gəmisidir. Kim ona minsə xilas olacaq. Minməyənlərisə qərq olacaqlar, həlak olacaqlar".6
Bu hədis səhih sənədlərlə mütəvatir şəkildə əhli-sünnə və şiə qaynaqlarında öz əksini tapmışdır. Hədisdən bəlli olur ki, yalnız Peyğəmbərdən (s) sonra onun Əhli-beytinə (ə) tapınan, onları önə keçirən firqə nicat tapacaqdır.
3. Təhlükəsizlik hədisi: Hakim Nişapuri İbn Abbasdan Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Ulduzlar insanları (dəryada) azmaqdan qoruyur. Mənim Əhli-beytim isə ümməti ixtilafdan qoruyur. Əgər ərəb qəbilələrindən biri onlara qarşı çıxarsa, öz aralarında ixtilaflar düşər və şeytan firqəsi sayılarlar”1.
Bu səhih sənədli hədisdə Peyğəmbər (s) camaatı təfriqədən, azğınlıqdan, ixtilafdan amanda qalmaq üçün Əhli-beytə (ə) tapınmağa çağırmış və Əhli-beytin (ə) ardıcıllarını nicat tapacaq firqə hesab etmişdir.
Dostları ilə paylaş: |