Haqqin iZİ İLƏ


ŞİƏ ANLAYIŞI BİR TERMİN KİMİ



Yüklə 2,22 Mb.
səhifə31/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   27   28   29   30   31   32   33   34   ...   283

ŞİƏ ANLAYIŞI BİR TERMİN KİMİ


Tarixçi və tədqiqatçılar şiə sözünü mütləq şəkildə on iki imamlı şiələrə aid edirlər. Burada bir neçə tədqiqatçının fikirlərini diqqətinizə çatdırırıq:

1. Şəhristani yazır: “Şiə müqəddəs mətnlərə, Peyğəmbərin (s) vəsiyyətinə əsaslanaraq yalnız Əlinin (ə) imamət və xilafətini qəbul edən, yalnız ona tapınan insanlara deyilir”1.

2. İbn Xəldun yazır: “Şiə hərfi məna etibarı ilə tərəfdar, ardıcıl deməkdir. Lakin fəqih və mütəkəllimlərin (sxolastiklərin) yazılarında Əli (ə) və onun övladlarının (ə) tərəfdarlarına deyilir”2.

3. Seyid Şərif Cürcani yazır: “Şiə Əliyə (ə) tabe olan, onun Peyğəmbərdən (s) sonra bilavasitə imam olduğuna inam bəsləyənlərə deyilir. Onların əqidəsincə, imamlıq ondan sonra övladlarına keçir”3.

4. Məhəmməd Fərid Vəcdi yazır: “Əlinin (ə) imamlığını qəbul edən, ona itaət edən, imamətin onun övladlarından başqasına keçmədiyinə əqidə bəsləyənlərə şiə deyilir. Onlara görə, imamət məsələsi sadəcə məsləhət görülən bir məsələ deyil. Ona görə də ümmət özü imam seçmək iqtidarında deyil, yəni bu icazəsi yoxdur. İmamət dinin əsaslı prinsiplərindən biridir. Elə buna görə də özündən sonrakı imamı Peyğəmbər (s) şəxsən özü təyin etmişdir. Şiələrin inanclarından biri budur ki, imamlar böyük və kiçik günahlardan məsumdurlar. Onlar deyirlər: “İnsan danışıqda da, davranışda da “təvəlli və təbərri”yə riayət etməlidir. Yalnız zalım düşməndən qorxduğu zaman təqiyyə edə bilər”4.

5. Firuzabadi deyir: “Bu ad (şiə), Əlinin (ə) və Əhli-beytin (ə) vilayətini qəbul edənlərə deyilir. Bu mənada çox işlədildiyindən yalnız onlara aid edilərək, xüsusi ada çevrilmişdir”5.

6. İbn Əsir yazır: Bu ad (şiə) Əli (ə) və Əhli-beytin (ə) vilayətini qəbul edənlərə deyilir. Belə ki, onların xüsusi adına çevrilmişdir. Demək, kimsə şiə dediyi zaman (bilin ki,) bu məna nəzərdə tutulur”6 . Eyni ibarələri İbn Mənzur da qeyd etmişdir7.

7. Əzhəri yazır: “Şiə Peyğəmbərin (s) Əhli-beytinə (ə) dərin məhəbbət bəsləyən və onların vilayətini qəbul edən insanlara deyilir8. “Möcəm əl-vəsit”də deyilir: “Şiə müsəlmanların böyük bir hissəsini təşkil edən, Əli (ə) və onun ailəsinə məhəbbət bəsləyib, onları yekdilliklə imamətə layiq görən firqəyə deyilir”9.

8. Əbu əl-Həsən Əşəri deyir: “Şiələrə ona görə şiə deyilir ki, Əliyə (ə) itaət edər və onu digər səhabələrdən üstün tutarlar”1.

9. Butrus (Peter) əl-Bustani yazır: “Şiəlik Əliyə (ə) beyət edən böyük bir islam məzhəbidir. Onların inanclarına görə, müqəddəs mətnlərin aydın və sətiraltı eyhamları ilə Peyğəmbərdən (s) sonra imamət məqamı Əliyə (ə) keçmişdir. Bu məqam ondan və övladlarından başqa heç kimə verilməmişdir”2.

10. Vəhhabi tədqiqatçı Doktor Nasir ibn Əli Aiz Həsən əş-Şeyx yazır: “Şiə sözü bir termin kimi formalaşaraq o kəslərə deyilir ki, onlara görə imamət, ümmətin seçmək ixtiyarı olan və yalnız məsləhət xarakteri daşıyan məsələlərdən deyil, əksinə dinin sütunlarından biridir. Belə ki, bu məsələnin əhmiyyətinə görə Peyğəmbər (s) imamı təyin etməyib bu işi ümmətin öhdəsinə qoya bilməz. İmamı təyin etmək Peyğəmbərə (ə) vacib olan məsələlərdəndir (peyğəmbərliyinin tərkib hissəsidir)”3.

11. Şeyx Müfid deyir: “Əliyə (ə) itaət edən, ona digər səhabələrdən daha çox üstünlük verən insanlara şiə deyilir. Onların əqidəsincə, Əli (ə) Allahın istəyi və Peyğəmbərin (s) vəsiyyəti ilə Peyğəmbərdən (s) sonra imam təyin edilmişdir”4.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin