Haqqin iZİ İLƏ


PEYĞƏMBƏR (S) VƏ ŞİƏLİYƏ DƏVƏT



Yüklə 2,22 Mb.
səhifə32/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   28   29   30   31   32   33   34   35   ...   283

PEYĞƏMBƏR (S) VƏ ŞİƏLİYƏ DƏVƏT


1. İbn Həcər və başqaları İbn Abbasdan nəql edirlər: Allah-Taala إِنَّ الَّذِينَ ءَامَنُواْ وَ عَمِلُواْ الصَّالِحَاتِ أُوْلَئكَ هُمْ خَيرْ الْبرَيَّة “İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır”(“Bəyyinə”, 7) ayəsini nazil etdikdə Peyğəmbər (s) Əliyə (ə) müraciətlə buyurdu: “Ey Əli! Bu ayədə məqsəd sən və şiələrindir”5.

2. Hakim Həskani İbn Abbasdan nəql edir: “Bu ayə Əli (ə) və şiələri haqqında nazil olmuşdur”6.

3. Həskaninin Əlidən (ə) nəql etdiyi bir hədisdə deyilir: “Peyğəmbər (s) mənim qucağımda dünyasını dəyişdi. Son nəfəsində buyurdu: “Ey Əli! Allahın bu sözünü إِنَّ الَّذِينَ ءَامَنُواْ وَ عَمِلُواْ الصَّالِحَاتِ أُوْلَئكَ هُمْ خَيرْ الْبرَيَّة eşitməmisənmi? Onlar sənin şiələrindir. Bizim görüş yerimiz (Kövsər) çayının sahilidir”7.

4. İbn Mərdəveyh Aişədən nəql edir: “Peyğəmbərdən soruşdum ki, insanların Allah yanında ən sevimlisi kimdir?” Peyğəmbər (s) buyurdu: “Bu ayəni إِنَّ الَّذِينَ ءَامَنُواْ وَ عَمِلُواْ الصَّالِحَاتِ أُوْلَئكَ هُمْ خَيرْ الْبرَيَّة oxumamısanmı?”8

5. İbn Əsakir özünəməxsuz sənədlə Cabir ibn Abdullah Ənsaridən nəql edir: “Biz Peyğəmbərin (s) yanındaydıq. Əli (ə) də oraya gəldi. Bu zaman Peyğəmbər (s) buyurdu: “And olsun canım əlində olan Allaha! Həqiqətən, bu (Əli) və şiələri qiyamət günü mütləq xilas olacaqlar”. Bu zaman إِنَّ الَّذِينَ ءَامَنُواْ وَ عَمِلُواْ الصَّالِحَاتِ أُوْلَئكَ هُمْ خَيرْ الْبرَيَّة ayəsi nazil oldu. Bu hadisədən sonra səhabələr Əlini (ə) gördükdə deyirdilər: “Xeyr əl-bəriyyə” gəldi”9.

6. İbn Mərdəveyh Əlidən (ə) belə nəql edir: “Peyğəmbər (s) mənə buyurdu: “Allahın sözünü eşitməyibsənmi: إِنَّ الَّذِينَ ءَامَنُواْ وَ عَمِلُواْ الصَّالِحَاتِ أُوْلَئكَ هُمْ خَيرْ الْبرَيَّة Bu ayədə məqsəd sən və şiələrindir”1.

7. Təbəri Əbu əl-Caruddan İmam Baqirin belə buyurduğunu nəql edir: “Peyğəmbər (s) إِنَّ الَّذِينَ ءَامَنُواْ وَ عَمِلُواْ الصَّالِحَاتِ أُوْلَئكَ هُمْ خَيرْ الْبرَيَّة ayəsini izah edərkən buyurdu: “Ey Əli! Ayədə məqsəd sən və şiələrindir”2.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin