Haqqin iZİ İLƏ



Yüklə 2,22 Mb.
səhifə33/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   29   30   31   32   33   34   35   36   ...   283

EYNİ MƏZMUNLU HƏDİSLƏR


Əhli-sünnə qaynaqlarında eyni məzmunlu digər hədislər də mövcudur. Həmin hədislərin bir neçəsinə nəzər salaq:

  1. İbn Həcər Ümmü-Sələmədən belə nəql edir: “Peyğəmbər (s) mənim yanımda idi. Fatimə o həzrətin (s) yanına gəldi. Sonra Əli (ə) gəldi. Peyğəmbər (s) buyurdu: “Sən və sənin səhabələrin, şiələrin behiştdə olacaqsınız”3.

2. Hakim Həskani وَ مِمَّنْ خَلَقْنَا أُمَّةٌ يهَدُونَ بِالْحَقّ‏ِ وَ بِهِ يَعْدِلُونَ “Yaratdıqlarımız içərisində bir zümrə də var ki, onlar insanları haqq yola aparır, haqqı rəhbər tutaraq (onların arasında) ədalətlə hökm edirlər” (“Əraf”, 181) ayəsini izah edərkən Əlidən (ə) nəql edir: “Onlarda məqsəd mən və şiələrimdir”4.

3. İbn Məğazili özünəməxsus sənədlə Ənəs ibn Malikdən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Ümmətimin yetmiş min nəfəri sorğu-sualsız behiştə daxil olacaq”. Sonra Əliyə (ə) iltifat göstərərək buyurdu: “Onlar sənin şiələrin, sən isə onların imamısan”5.

4. Gənci Şafei özünəməxsus sənədlə Əbu Səid Xudridən Peyğəmbərin (s) Əliyə (ə) belə buyurduğunu nəql edir: “Bu (Əli) və şiələri qiyamət günü behiştə gedəcəklər”6.

5. Xarəzmi Peyğəmbərin (s) Əliyə (ə) müraciətlə belə buyurduğunu nəql edir: “Həqiqətən, sənin şiələrin nurdan olan minbərlər üzərindədirlər. Həqiqətən, haqq sənin dilindədir”7.

6. İbn Əsakir özünəməxsus sənədlə İmam Əlidən (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Sən və şiələrin behiştdə olacaqsınız”8.

7. Səmhudi özünəməxsus sənədlə İmam Əlidən (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Qiyamət günü Allahın ərşinə doğru öndə gedənlər nə xoşbəxtdirlər!” Ey Allahın rəsulu, onlar kimlərdir? - deyə soruşulduqda o həzrət buyurdu: “Ey Əli! Onlar sənin şiələrin və sevənlərindir”9.

8. Xətib Bağdadi özünəməxsus sənədlə Peyğəmbərin (s) Əliyə (ə) müraciətlə belə buyurduğunu nəql edir: “Sən və şiələrin behiştdə olacaqsınız”10.

9. Heysəmi Peyğəmbərin (s) Əliyə (ə) müraciətlə belə buyurduğunu nəql edir: “Sən mənim ümmətimdən behiştə daxil olacaq ilk şəxssən. Həqiqətən, sənin şiələrin nurdan olan minbər üzərində olaçaqlar”. Əllamə Mənavi Ümmü-Sələmədən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Əli və şiələri qiyamət günü nicat tapanlardırlar”.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin