Bu məzmunda olan hədislərin iki mühüm mesajı var:
İnsanları şiəliyə, Əliyə (ə) tabe olmağa, onun ardınca getməyə dəvət etmək, nəticədə isə səhabələr arasında şiəlik adlı yeni bir düşüncə xətti formalaşdırmaq;
Yuxarıda qeyd edilənlərdən belə bir nəticə əldə edirik ki, şiəlik Peyğəmbərdən (s) sonra Əlinin (ə) ardınca getmək deməkdir. Belə olan halda şiəlik İslamdan ayrı deyil, əksinə, eyni yolun davamıdır. Əhli-sünnə qaynaqlarında bunu təsdiq edən digər hədislər də mövcuddur. Peyğəmbər (s) buyurmuşdur: “Mənə asi olan, Allaha asi olmuşdur. Əliyə itaət edən, mənə itaət etmiş, ona asi olan mənə asi olmuşdur”.
Hakim Nişapuri bu hədisin səhih olduğunu qəbul edir. Lakin birinci və ikinci xəlifələri də bura daxil edir. Zəhəbi də “Təlxis əl-müstədrək” kitabında məlum hədisin rəvayətçilərinin etibarlı olduğunu isbat edir.