Haqqin iZİ İLƏ



Yüklə 2,22 Mb.
səhifə46/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   42   43   44   45   46   47   48   49   ...   283
Şeir:

فأوجب لی ولایته علیکم رسول الله یوم غدیرخم

Əli (ə) 25 il evə qapılmağa məhkum olduğu zaman yeri gəldikcə öz imamətini müsəlmanlara xatırladır, onlardan bunun haqq olduğuna dair şəhadət almırdımı? Bu haqda ayrıca kitabda geniş söhbət açmışıq2. Əli (ə) öz imamətini, hətta Müaviyəyə belə xatırladır və ona ünvanladığı məktubda bu haqda söhbət açır3. O həzrət (ə) digər hadisələrdə də öz imamlığı, məsumluğu və elmi haqqında söhbət açır və buna müvafiq dəlillər göstərirdi4. O, camaatdan zəkat və s. vergiləri yığmaq üçün göndərdiyi məmurlara ünvanladığı məktubda insanlarla necə davranacaqları haqqında tapşırıqlar verərkən yazır: “İnsanlara müraciətlə de: Ey Allahın bəndələri! Allahın vəli və xəlifəsi malınızda olan Allah payını almaq üçün məni sizin yanınıza göndərib”5.

Burada Əli (ə) açıqca öz xilafət və vilayət məsələsinə toxunmuşdur.

İmam Həsən (ə) şəhid edildikdən sonra şiələr İmam Hüseyni (ə) imam və Allah rəsulunun (ə) xəlifəsi olaraq qəbul edib, ona beyət etdilər. Nafe ibn Hilal Aşura günü özünü Əli (ə) şiəsi kimi təqdim edərək dedi: “Mən Cəməl döyüşündə iştirak etmişəm və Əlinin (ə) olduğu dindəyəm”. O, bu sözləri özlərini Osmanın dinində olanlar kimi təqdim edənlərə cavab olaraq demişdir6.

İmam Səccad (ə) da şiələrin tarix boyu bu günümüzə qədər əqidə bəslədikləri prinsipləri öz dualarında vurğulamışdır. Həmin duaların birində deyilir: “İlahi, Peyğəmbərin (s) pak Əhli-beytinə (ə) öz salamını göndər; hansı ki, onları sən özün öz əmrinlə seçib elminin xəzinəsi, dininin qoruyucusu etdin. Onları yer üzündə öz xəlifələrin olaraq öz iradənlə pak etdin. Özünə doğru vasitə, behiştə doğru yol kimi göstərdin”7.

Bu etiqadların qaynağı imamların şiələrə verdikləri təlimatdır. Onlar bu etiqadın ana xəttini çəkmiş və şiələri bu əqidəyə sövq etmişlər. İmam Baqir (ə) camaatı öz elmindən bəhrələnməyə, din maarifini əxz etməyə dəvət edir. Həzrət (ə) səhih sənədli hədisdə Sələmə ibn Küheyl və Həkəm ibn Üyeynəyə buyurur: “Dünyanın şərq və qərbinə səfər etsəniz, düzgün elmi bizim sülaləmizdən öyrəndiyimiz şəkildə heç yerdə tapmayacaqsınız”8.

Digər bir hədisdə isə öz evinə işarə edərək deyir: “İnsanlar hara gedirlərsə getsinlər əmr olunan yer yalnız burası olacaq”1.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin