Haqqin iZİ İLƏ


Şeyx Müfidin verdiyi tərifə əsaslanmaq



Yüklə 2,22 Mb.
səhifə48/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   44   45   46   47   48   49   50   51   ...   283
Şeyx Müfidin verdiyi tərifə əsaslanmaq;

Qifari Şeyx Müfidin verdiyi tərifə toxunaraq yazır: “Şeyx Müfid şiəliyə belə tərif vermişdir: “Şiələr Əlinin (ə) ardıcılları, tərəfdarlarıdırlar. Onlar Əlinin (ə) Peyğəmbərdən (s) sonra fasiləsiz imam və vəli olduğuna etiqad bəsləyirlər”2.

Bu tərifdə Əlinin (ə) övladlarının imamlığı haqqında heç bir eyham belə yoxdur. Halbuki şiələr bu əqiqədə olmayanlara şiə demirlər. O, şiəliyin ismət və s. təməl prinsiplərini qeyd etməyi unutmuşdur3.



Cavab: Birincisi, Qifari burada da digər sitatlarındakı kimi əmanətdarlıq etməmiş, Şeyxin digər sözlərini göstərməmişdir. Şeyx həmin tərifin ardınca yazır: “Şiə o adama deyilir ki, dinə riayət etsin və imamətin zəruriliyinə, onun hər dövrdə mövcudluğuna inanc duysun. Şiə odur ki, imamət haqqında aydın sübut olduğuna, imamın məsumluğuna və ideallığına inansın və imamətin Hüseyn ibn Əlidən (ə) İmam Rzaya (ə) qədər davam etdiyini qəbul etsin”4.

Burada İmam Rzanı (ə) xüsusi qeyd etməkdə məqsəd həzrət Musa ibn Cəfərdən (ə) sonra İmam Rzanı (ə) qəbul etməyə işarədir. Çünki vaqifiyyə məzhəbi Musa ibn Cəfəri (ə) son imam olaraq qəbul edir və İmam Rzanın (ə) imam olduğuna etiqad bəsləmirlər. Deməli, İmam Rzanı (ə) imam olaraq qəbul edənlər mütləq İmam Mehdiyə (əc.) qədər olan imamların hamısını qəbul edirlər. Şeyx Müfid şiə əqidəsini, qələmə aldığı əsərlərin hər birində yeri gəldikcə açıqlamışdır.

O, kitabının digər hissəsində yazır: “İmamiyyənin (şiələrin) yekdil rəyinə görə, imam Allaha qarşı çıxmayaraq məsum olmalı, bütün dini elmləri bilməli və fəzilət baxımından kamil (ideal) olmalıdır”5.

Şeyx Müfid yazır: “İmamiyyənin yekdil rəyinə görə, imamların hər hansı birini inkar edən və onların, Allahın vacib etdiyi itaətlərini vacib hesab etməyən kimsə kafir, yolunu azmış və cəhənnəm odunda əbədi qalmağa layiqdir”6.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin