Haqqin iZİ İLƏ


ŞİƏLƏRİN BU DÖVRDƏKİ FƏALİYYƏTİ



Yüklə 2,22 Mb.
səhifə66/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   62   63   64   65   66   67   68   69   ...   283

ŞİƏLƏRİN BU DÖVRDƏKİ FƏALİYYƏTİ


Peyğəmbər (s) dönəmində şiələr Əlinin (ə) canişinliyinə iman gətirdikdən sonra bu əqidəni müxtəlif yollarla təsbit etməyə çalışmışlar. Onların bu yolda atdıqları addımları aşağıdakı şəkildə sıralamaq olar:

  1. Peyğəmbərin (s) çıxışı; Peyğəmbər (s) Qədir-Xumda söylədiyi bir nitqdə Əlinin (ə) özündən sonra xərlifə olduğunu elan etdi. Həmin nitqdə deyilirdi:

“Mənim sizdən beyət almağım, Əli (s) və ondan sonrakı imamlar haqqında Allahın buyurduğuna dair iltizam almağım əmr edilmişdir. Bu imamlar mənim və onun nəslindəndirlər və haqqa, ədalətə hökm edəcəklər. Onların sonuncusu qiyamətə qədər haqqa hökm verəcək Mehdidir (əc.). Ey insanlar! Siz mənə bir əllə beyət etməyəcək qədər (yəni ikiəlli, canla-başla beyət edəcək qədər) böyüksünüz. Halbuki Allah-Taala mənə əmr etmişdir ki, Əli (ə) və ondan sonrakı imamlar haqqında dilinizlə iqrar etdiyinizə şahid olum. Bu imamlar onun və mənim nəslimdəndir. (Öncə də) söylədiyim kimi, mənim sülaləm ondan törəyənlərdir. Elə isə (hamınız birgə) deyin: Biz, sənin Allahın əmri ilə Əli (ə) və ondan törəyən imamlar haqqında söylədiklərini dinlədik, eşitdik və eşitdiklərimizə itaət edib, bundan razı olduğumuzu dilə gətiririk. Sənə qəlbimizlə, canımızla, dilimizlə və əllərimizlə beyət edirik. Bu əqidə ilə yaşayacaq, onunla öləcək və qiyamət günü onunla diriləcəyik. Heç bir zaman dəyişməyəcək və (bu əqidəmizə) şəklə yanaşmayacağıq. Öz əhdimizdən dönməyəcək, peymanımızı sındırmayacağıq. Allaha itaət edəcək, sənə, Əliyə (ə), onun övladlarına, adını çəkdiyin Həsən (ə) və Hüseyndən (ə) sonra gələn imamlara tabe olacağıq. Mən bu imamların öz yanımda və Allah yanındakı məqamlarını sizə çatdırdım”. Yerdən səslər ucaldı: “Allahın və rəsulunun (s) əmrini eşidib itaət edir, dilimiz, qəlbimiz və əllərimizlə tabe oluruq”. Bu zaman müsəlmanlar Peyğəmbərə (s) və Əliyə (ə) doğru axışaraq ikiəlli beyət etməyə başladılar4.

  1. Vilayəti müdafiə məqsədi ilə söylənilən şeirlər;

Qədir-Xum hadisəsindən sonra Həssan ibn Sabit Peyğəmbərdən (s), Əlinin (ə) bu məqama təyin olunmasını nəzmə çəkmək üçün icazə istədi. Peyğəmbər (s) icazə verdikdə söylədi:

ینادیهم یوم الغدیر نبیهم بخمّ و اسمع بالرسول منادیا



فقال له قم یا علی فانّنی جعلتک من بعدی اماما و هادیا... 1

  1. Vilayətin möhkəmlənməsi üçün əməli tədbirlər.

Əlinin (ə) fədailərinin onun imaməti əqidəsini möhkəmlətmək və bu imamətə şəhadət vermək üçün gördükləri işlərdən biri azanda o həzrətin (ə) adının təbərrük məqsədi ilə deyilməsi idi.

Şeyx Abdullah Məraği Misri nəql edir: “Peyğəmbər (s) zamanında Salman Farsi azan və iqamədə Peyğəmbərin (s) risalətinə şəhadət verdikdən sonra Əlinin (ə) imamətinə şəhadət verirdi. Bir şəxs Peyğəmbərin (s) yanına gələrək soruşdu: “Ey Allahın rəsulu! Bu günə qədər eşitmədiyim bir şey eşitdim”. Peyğəmbər (s) buyurdu: “Nə eşitmisən?” Həmin şəxs dedi: “Salman azanda peyğəmbərliyə şəhadət verdikdən sonra imamətə şəhadət verir”. Peyğəmbər (s) buyurdu: “Yaxşı və xeyirli bir şey eşitmisən”2 . Digər bir rəvayətdə isə deyilir: Bir şəxs Peyğəmbərin (s) yanına gələrək dedi: “Ey Allahın rəsulu! Əbuzər azanda risalətə şəhadət verdikdən sonra Əlinin (ə) imamət və vilayətinə şəhadət verir (Yəni, “Əşhədu ənnə Əliyyən vəliyyullah” deyir)”. Peyğəmbər (s) buyurdu: “O, doğru deyir. Mənim Qədir-Xumda “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” deməyimi unutmusunuzmu? Əhdinə vəfa qılmayan zərər edəcəkdir”3.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin