Şiələr Peyğəmbərin (s) vəfatından sonra da o həzrətin (s) Əli (ə) ilə bağlı göstərişini həyata keçirməyə səy göstərmiş və bu yöndə müəyyən addımlar atmışlar. Bunlardan bir neçəsinə nəzər salaq.
Əliyə (ə) beyət edilməsi;
Şiələr Peyğəmbərin (s) Əli (ə) ilə bağlı vəsiyyətini görmüş, eşitmiş və onun Peyğəmbərdən (s) sonra xəlifə və imam olduğunu qəbul etmişdilər. Elə buna görə də Peyğəmbərin (s) vəfatından dərhal sonra İmama (ə) beyət olunması məsələsini önə çəkdilər. Belə ki, Abbas ibn Əbd əl-Müttəlib İmam Əliyə (ə) deyir: “Əlini ver, sənə beyət edim və xalq da sənə beyət etsin”1.