Vilayəti müdafiə mövqeyi;
Şiələrin yığıncağı Ömər ibn Xəttab tərəfindən dağıdıldıqdan sonra onlar Peyğəmbər (s) məscidinə toplaşıb camaata dəlillər göstərir və onları qəflət yuxusundan oyatmağa çalışırdılar. Belə hallardan bir neçəsinə diqqət yetirək:
Fəzl ibn Abbas
O, çıxış edərək xalqa müraciətlə dedi: “Dostumuz (Əli) sizdən daha layiqdir”6.
Miqdad ibn Əsvəd
O, deyir: “Qüreyşə təəccüb edirəm. Onlar xilafəti Peyğəmbərlərinin (s) əhli-beyitinin (ə) əlindən aldılar. Halbuki onların arasında Peyğəmbərə (s) ilk iman gətirən Əli (ə) var”7.
O, digər çıxışında deyir: “Peyğəmbərin (s) Əhli-beytini (s) tanımaq (onlara etiqad bəsləmək) axirət əzabının qoruyucusudur. Onlara sevgi Sirat körpüsündən keçid üçün icazədir. Onların vilayəti (insanları) cəhənnəm əzabından amanda saxlayacaq”2.
Dostları ilə paylaş: |