Haqqin iZİ İLƏ



Yüklə 2,22 Mb.
səhifə72/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   68   69   70   71   72   73   74   75   ...   283
Əbuzər Qifari

O deyir: “Aza qane oldunuz, Peyğəmbərlə (s) qohumluğu kənara qoydunuz. Əgər xilafəti sahibinə - Peyğəmbərimizin (s) Əhli-beytinə versəydiniz, sizin iki nəfəriniz arasında belə ixtilaf düşməzdi”6.



Übəyy ibn Kəb

O, Əbu Bəkrə əsla beyət etməyən şəxslərdən idi və Səqifə şurasını əsassız hesab edirdi7.

Əbu Nəim İsfahani “Hilyə əl-övliya” əsərində Qeys ibn Səddən belə nəql edir:

Peyğəmbərin (s) səhabələri ilə görüşmək üçün Mədinəyə daxil oldum. Xüsusilə Übəyyi görməyi çox istəyirdim. Peyğəmbər (s) məscidinə daxil oldum, namaz üçün cərgədə dayandım. Bu an bir kişinin (Übəyyin) namazını qurtararaq nitq söyləməyə başladığını gördüm. Sözlərini eşitmək üşün boyunlar ona doğru çəkildi. O, üç dəfə dedi: “Bu ümmətin önündə gedənlər yollarını azdılar və axirətləri heç oldu. Lakin mən onların halına yanmıram. Mən onların vasitəsi ilə yolunu azan müsəlmanların halına yanıram”8.

O, yazır: “Übəyy ibn Kəb müsəlmanların əsl İslam rəhbərlərindən ayrı düşdüyünü görür, narahat olur və deyirdi: “Peyğəmbər (s) həyatda olduğu müddətdə çöhrələr bir istiqamətə doğru yönəlmişdi. Lakin o həzrətin (s) vəfatından sonra çöhrələr sağa-sola dönməyə başladı”9.

Zəhəbi nəql edir: “Ənsardan biri Übəyy ibn Kəbdən soruşdu: “Haradan gəlirsən?” Übəy: “Peyğəmbər (s) xanədanının evindən”, - deyə bildirdi.

- Onların vəziyyəti necədir?

- Onların vəziyyəti necə ola bilər? Bir halda ki, dünən onların evinə vəhy mələyi gələrdi, bu gün isə evlərindəki o qələbəlikdən xəbər-ətər yoxdur. Peyğəmbərdən (s) sonra ev sanki boşalmışdır.

Bu sözləri dedikdə qəhər onu boğdu və sözlərini davam etdirə bilmədi. Belə ki, onun bu vəziyyətini görən ətrafdakılar da ağladılar1.

Büreydə ibn Hüseyb Əsləmi

Zəhəbi onun tərcümeyi-halını yazarkən qeyd edir: “Xilafət Əbu Bəkr tərəfindən qəsb edildikdən sonra Büreydə Əbu Bəkrə müraciətlə dedi: “Haqq, batil əlindən nə müsibətlər çəkdi! Ey Əbu Bəkr! Sən unutmusan, yoxsa özünü unutqanlığa vurursan? Kimsə səni aldadıb, yoxsa səni aldadan nəfsindir? Xatırlamırsanmı, Peyğəmbər (s) bizə Əlini (ə) necə Əmir əl-Möminin adlandırmağı öyrədirdi? Xatırlamırsanmı, Peyğəmbər (s) ayrı-ayrı vaxtlarda Əlini (ə) göstərərək “Bu, möminlərin əmiri, zalımların qatilidir”, - deyə buyurardı? Allahdan qorx, nəfsinlə mübarizə apar. Nə qədər ki, gec deyil, özünü, səni həlak edəcək şeydən xilas et. Haqqı səndən daha layiqinə ver. Onu qəsb edərək mənimsəməkdə israrlı olma. Sən tutduğun yoldan qayıda bilərsən. Sənə nəsihət verib nicat yolunu göstərirəm. Zalımlara yar olma!”2

Xalid ibn Səid

İbn Əsir yazır: “Xalid və qardaşı Əban Əbu Bəkrə beyət etməkdən boyun qaçırdılar və Bəni-Haşimə müraciətlə dedilər: “Həqiqətən, siz köklü, nəcabətli xanədansınız. Siz cəmiyyətə ləyaqətli şəxsiyyətlər vermisiniz. Biz sizin ardınızca gəlirik”. Bəni-Haşim ümumi beyətdən sonra zor və hədə nəticəsində Əbu Bəkrə beyət etdilər3.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin