2. Gecə dəfn olunmaq haqqında vəsiyyət;
Buxari özünəməxsus sənədlə Aişədən nəql edir: “Peyğəmbərin (s) qızı Fatimə (ə) Əbu Bəkrə xəbər göndərdi ki, atasından ona qalmış irsi, yəni Fədəyi, Xeybərin xümsünün qalanını və Mədinə “fey”ini (döyüşsüz əldə olunan qənimət) onun üçün yollasın. Əbu Bəkr həzrətin irsini verməkdən imtina etdi. Fatimə (ə) onun bu hərəkətindən narahat olub ondan küsdü və həyatda olduğu müddətdə onunla danışmadı3.
Həzrət Fatimə (ə) bu hadisədən sonra cəmi altı ay yaşadı. Vəfatı zamanı həyat yoldaşı Əli (ə) onu gecə dəfn etdi, Əbu Bəkrə bu barədə xəbər vermədi”4.
İbn Əbu əl-Hədid yazır: “Əli (ə), Həsən (ə) və Hüseyn (ə) Fatiməni (ə) gecə dəfn etdilər və qəbrini də gizli saxladılar”5.
O, yazır: “Mənim qəbul etdiyim doğru tarixi məlumatlar göstərir ki, həzrət Fatimə (ə) Əbu Bəkrə və Ömərə qarşı qəzəbli bir halda dünyasını dəyişdi. Elə buna görə də vəsiyyət etdi ki, bu iki şəxs onun cənazə namazında iştirak etməsinlər”6.
Müslim həzrət Zəhranın (ə) Əbu Bəkrə qarşı qəzəbli olduğu halda dünyasını dəyişməsindən söhbət açarkən yazır: “Əli (ə) Fatimənin (ə) vəfat xəbərini Əbu Bəkrə çatdırmadı və onun namazını özü qıldı”7.
Hələbi, Vaqidinin belə dediyini nəql edir: “Mənim üçün sübuta yetmişdir ki, Əli (ə) Fatiməni (ə) gecə dəfn etdi. Onun namazını Abbas və Fəzllə birgə qıldı və heç kimə xəbər vermədi”8.
Ustad Tofiq Əbu Elm yazır: “Fatimə (ə) üç vəsiyyət etdi. Həmin vəsiyyətlərdən biri bu idi ki, onun qəzəbi tutan şəxslər dəfn mərasiminə buraxılmasınlar və o, gecə torpağa tapşırılsın”9.
Əbu Bəkr Cövhəri yazır: “Həzrət Fatimənin (ə) vəfat zamanı yetdikdə Əliyə vəsiyyət etdi ki, dünyadan köçərsəm məni gecə dəfn et, Əbu Bəkrə və Ömərə xəbər vermə”1.
İbn Qüteybə yazır: “Fatimə (ə) and içdi ki, əsla Əbu Bəkrlə danışmayaçaq. O, Əbu Bəkrin dəfn mərasimində iştirak etməməsi üçün gecə dəfn olunmasını vəsiyyət etdi”2.
Dostları ilə paylaş: |