Haqqin iZİ İLƏ



Yüklə 2,22 Mb.
səhifə81/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   77   78   79   80   81   82   83   84   ...   283

SİFFEYN DÖYÜŞÜ


Siffeyn döyüşündə də İraq şiələri Əliyə (ə) böyük dəstək verdilər. Bir çoxları nitq söyləyərək o həzrətin (ə) hüquqlarını qorumağa çalışırdılar. İbn Əbu əl-Hədid yazır: Əli (ə) qoşunu Siffeynə doğru hərəkət etmək üçün Kufəyə toplayanda Əmr ibn Həmiq Xüzai ona müraciətlə dedi: Ey Əmir əl-Möminin! Mənim sənə qarşı məhəbbətim qohumluq əlaqələrinə, mənə verə biləcəyin sərvət və ya mənsəbə görə deyil. Mən sənə səndə olan beş üstün keyfiyyətinə görə məhəbbət bəsləyirəm. Hansı ki, bu keyfiyyətlər başqalarında yoxdur. Sən Peyğəmbərin (s) əmisi oğlu və vəsisisən. Sən bizə əmanət olaraq tapşırılan Peyğəmbər (s) övladlarının atasısan. Sən ilk müsəlman olan insansan. Sənin cihadla bağlı uğurların hamıdan çoxdur”2.

Ümmü-Xeyr də qoşunu Siffeyn döyüşünə təhrik edərkən deyirdi: “Tələsin! (Allahın rəhməti üzərinizdən əskik olmasın!) Ədalətli, təqvalı, vəfalı, sadiq və Peyğəmbər (s) vəsisi olan imamınızın köməyinə tələsin!”3

Görkəmli səhabə, xəzrəclilərin ağsaqqalı Qeys ibn Səd deyir:

و علیّ امامنا و إمام لسوانا أتی به التنزیل

یوم قال النبّی من کنت مولاه فهذا مولاه خطب جلیل

إنّ ما قاله النبیّ علی الأمّة حتم ما فیه قال و قیل4
Nöman ibn Əclan Ənsari deyir:

کیف التفرق والوصیّ إمامنا لا کیف إلا حیرة و تخاذلا

لا تغبننّ عقولکم، لا خیر فی من لم یکن عند البلابل عاقلا

وذو معاویة الغویّ و تابعوا دین الوصیّ لتحمدوه آجلا5
Adı çəkilən bütün görkəmli şəxsiyyətlər öz şeirlərində Əlinin (ə) imam olduğunu, canişinliyini nəzmə çəkmişlər.

Siffeyn savaşından sonra Əli (ə) Kufəyə qayıtdı. Xəvaric ondan ayrıldı. Bir çoxları isə həzrətin (ə) yanında qaldı və ona etdikləri beyəti yenilədilər, bir daha əhd-peyman bağladılar. Onlar əhd bağlayarkən dedilər: “Biz sənin dostunun dostu, düşməninin düşməniyik”6.

Bir çoxları Müaviyəyə məktub yazıb onu məzəmmət edir və Əlinin (ə) məqamını xatırladırdılar. Məhəmmə ibn Əbu Bəkr Müvaviyəyə ünvanladığı məktubda yazır: “Vay olsun sənə! Özünü Əli (ə) ilə müqayisə edirsən?! Halbuki o, Peyğəmbərin (s) vəsisi, varisi və övladlarının atasıdır. O, Peyğəmbərə (s) ilk iman gətirən və əhdini son eşidən şəxsdir. Peyğəmbər (s) sirlərini ona açdı və işlərində şərik etdi”7. Əli (ə) şiələrindən olan xanım Darəmiyyə Müaviyəyə yazdığı məktubda Əliyə (ə) olan məhəbbətinin səbəbini belə açıqlayır: “Mən ona dərin və sonsuz məhəbbət bəsləyirəm. Çünki o, yoxsulları sevər, səfillərə yardım göstərərdi. O, din bilicisi idi və haqqı deməkdən çəkinməzdi. O, Peyğəmbər (s) tərəfindən verilən vilayət sahibi idi”1.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin