BƏZİ QABAQCIL ŞİƏLƏRİN TƏRCÜMEYİ-HALI
Salman Farsi
Salmanın soy-kökü iranlıdır. Lakin İranın hansı vilayətindən olduğu haqda fikir ayrılığı mövcuddur. Bəzilərinə görə, İsfahanın Cey mahalından, bəzilərinə görə, Fars vilayətinin İstəxr mahalından, digər bir versiyaya görə isə Ramhürmüzdəndir. O, öncə Zərdüşt dinində olmuş, apardığı tədqiqatlar nəticəsində Xristianlığı, Xəndək döyüşündən öncə isə İslamı qəbul etmişdir. O, az bir zamanda Peyğəmbərin (s) fədakar və sadiq dostlarından birinə çevrildi. Belə ki, miqrantlar da yerli mədinəlilər olan ənsar da onu özlərindən hesab edirdilər. Peyğəmbər (s) onun haqqında buyurmuşdur: “Salman biz əhli-beyitdəndir”.
Salman Peyğəmbər (ə) xanədanına mənsubluğu ilə səhabələr arasında özünəməxsus yer açdı. O, bütün döyüşlərdə Peyğəmbərlə (s) çiyin-çiyinə durub müşriklərlə döyüşdü2.
Salman hələ Peyğəmbər (s) dövründə Əli (ə) tərəfdarlarından idi. Peyğəmbərin (s) vəfatından sonra Əbu Bəkrin hakimiyyəti ələ keçirdiyini gördükdə farsca dedi: “Etməli olmadığınızı etdiniz, etməli olduğunuzu etmədiniz” və beləcə, Əliyə (ə) qarşı rəva görülən haqsızlıqları tənqid atəşinə tutdu. Salman Əlinin (ə) ən vəfalı dostlarından olub, ilk dörd və ən sadiq şiələrdən biri idi1.
Şübhəsiz, onun sadə həyat tərzinin, Əlini (ə) daim himayə etməsinin həmvətənlərinin şiə olmasında böyük təsiri olmuşdur.
Dostları ilə paylaş: |