Əbu əl-Heysəm ibn Təyyihan
O, birinci və ikinci “əqəbə” müqaviləsi zamanı Məkkədə Peyğəmbəri (s) görmək şərəfinə nail olan ənsar nümayəndələrindəndir. Həmin görüşlərdən sonra o, Mədinəyə qayıdıb İslamı təbliğ etməklə məşğul oldu. O, bütün döyüşlərdə Peyğəmbərin (s) yanında idi. Əbu əl-Heysəm Peyğəmbərin (s), həzrət İsanın (ə) həvariləri kimi hesab etdiyi on iki nəfərdən biri olmuşdur4.
Əbu əl-Heysəm ənsarın nümayəndəsi kimi Əliyə (ə) beyət edən ilk şəxslərdəndir. Bir versiyaya görə, o, “Siffeyn” döyüşündə şəhid edilmişdir5.
Dostları ilə paylaş: |