Haqqin iZİ İLƏ



Yüklə 2,22 Mb.
səhifə89/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   85   86   87   88   89   90   91   92   ...   283
Hüzeyfə ibn Yəman

Hüzeyfə Peyğəmbərin (s) ənsarlı səhabələrinin öndə gedən isimlərindən olmuşdur. O, hədis rəvayətçisi olmuş və bütün döyüşlərdə iştirak etmişdir. Hələ Peyğəmbər (s) dönəmində Əlinin (ə) tərəfdarlarından olmuş, o həzrətin (ə) vəfatından sonra isə Əlinin (ə) ən yaxın müdafiəçilərindən biri kimi yadda qalmışdır. Onun övladları da atalarının yolunu davam etdirərək İmam Əlini (ə) müdafiə edib, “Siffeyn” döyüşündə şəhid oldular.



Osman ibn Hüneyf

Osman ibn Hüneyf ənsardan, Övs qəbiləsindən idi. Tirmiziyə görə o, Bədr səhabələrindən olmuşdur. Digərlərinin fikrincə isə o, Bədr döyüşündən başqa Peyğəmbərin (s) digər döyüşlərində də iştirak etmişdir2. Osman ibn Hüneyf üçüncü xəlifə öldürüldükdən sonra Əliyə (ə) beyət etdi və Bəsrə valisi təyin edildi. Cəməl döyüşçüləri Bəsrəyə qoşun yürütdükdə öncə vali Osmanla, İmamın (ə) qoşununu gözləmək haqda saziş bağladılar, lakin sazişə sadiq qalmayıb hücuma keçdilər. Valinin saqqalını qopardılar, gözətçilərini qətlə yetirib beytülmalı qarət etdilər3.

Bu hadisədən sonra Osman ibn Hüneyf Kufədə məskunlaşdı və nəhayət, Müaviyə dönəmində fani həyatla vidalaşdı.

Səhl ibn Hüneyf

Səhl ibn Hüneyf ənsardan, Övs qəbiləsindən idi. O, bütün döyüşlərdə iştirak etmişdir, Peyğəmbərlə (s) ölüm peymanı bağlayan bir neçə nəfərdən biridir4. Səhl, “Vadi əl-qüra” döyüşündə Peyğəmbərin (s) bayraqdarlarından biri idi5.

Səhl, Füls döyüşündə Peyğəmbər (s) Əlini (ə) Süləyy bütxanasını dağıtmağa göndərdikdə İmamın (ə) bayraqdarı idi6.

O, Əlinin (ə) vəfalı dostlarından idi. Belə ki, o həzrətlə (ə) birgə Siffeyn və Cəməl döyüşlərində iştirak etmişdir. O, hicri 38-ci ildə dünyasını dəyişmişdir7.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin