Haqqin iZİ İLƏ


ŞİƏLİK İMAM HÜSEYNİN (Ə) DÖNƏMİNDƏ



Yüklə 2,22 Mb.
səhifə93/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   89   90   91   92   93   94   95   96   ...   283

ŞİƏLİK İMAM HÜSEYNİN (Ə) DÖNƏMİNDƏ


İbn Əbu əl-Hədid yazır: “Həsən ibn Əli (ə) dünyasını dəyişincəyə qədər ümumi vəziyyət beləcə davam etdi. Həmin dövrdə şiələr daha çox təhlükə hiss edir, hətta insanlar arasında gəzdikdə belə hər an öldürülə biləcəklərini düşünürdülər. Onlar bir çox hallarda ata-baba yurdlarını tərk edir, gizli həyat sürürdülər”6 .

İmam Məhəmməd Baqir (ə) buyurur:

“Bizim və şiələrimizin ən ağrılı-acılı günləri İmam Həsənin (ə) vəfatından sonra olmuşdur. O zaman hər bir şəhərdə şiələrimizi qətlə yetirir, əl-ayaqlarını kəsir və şiə olduqları ehtimal olunduqda belə olmazın işgəncələr verirdilər. Bizimlə dost və ya hər hansı bir əlaqəsi olan hər bir insanı ya dustaqxana həyatına məhkum edir, ya malını qarət edir, ya da evini uçururdular. Bu müsibət dolu günlər Übeydullah ibn Ziyadın dönəminədək davam etdi”7 .

Hicri altmışıncı ildə Müaviyə dünyasını dəyişdi. Oğlu Yezid hələ atası sağ ikən camaatdan onun üçün aldığı beyətə əsasən hakimiyyəti ələ aldı. Tarixdən gələn qəti dəlillərə görə, Yezid, hətta atası sağ ikən heç bir dini ayinə boyun əymir, dini göstərişlərə biganə yanaşır, həyatını əyyaşlıq, pozğunluqla keçirirdi. Onun hakimiyyətdə olduğu üç il müddətində törətdiyi faciələr İslam tarixində misli görünməmiş faciələrdir.

Hakimiyyətdə olduğu birinci il Peyğəmbər (s) nəvəsi Hüseyn ibn Əlini (ə) övladları, qohumları və digər ona yaxın şəxslərlə birgə acınacaqlı şəkildə şəhadətə yetirdi. Hələ bu azmış kimi, qadın və uşaqlarını, Peyğəmbər (s) Əhli-beytini (ə) şəhidlərin kəsilmiş başı ilə birgə el-el, oba-oba gəzdirdilər.8

Hakimiyyətin ikinci ilində Mədinədə soyqırım törətdi. Hələ bu azmış kimi, o bölgədə məskunlaşan insanların canının, malının və namusunun ixtiyarını üç gün müddətində qoşununa verdi9. Üçüncü ilində isə müqəddəs Kəbəni viran qoyub yandırdı.10

Əbu Mixnəf, Həccacın belə dediyini nəql edir: “Şiələr Süleyman ibn Sürədin evinə toplaşıb Müaviyənin ölüm xəbərini eşitdilər. Onlar birlikdə bu xəbərə görə şükür etdilər. Süleyman ibn Sürəd dedi: “Müaviyə dünyadan köçüb. İmam Hüseyn (ə) (Yezidə) beyət etməkdən boyun qaçırıb. Hal-hazırda Mədinədən Məkkəyə doğru hərəkətdədir. Siz onun atasının şiələrisiniz...1 .

Təbəri və İbn Əsir Müaviyənin ölümündən sonra Hüseynin (ə) hökumət evinə dəvət edilməsi haqqında belə nəql edirlər: “Abdullah ibn Zübeyr o həzrətə (ə) dedi: “Qurbanın olum, qorxuram ki, hökumət evinə getdiyində səni həbs edib Yezidə beyət etməyə məcbur etsinlər.” İmam Hüseyn (ə) buyurdu: “Mən oraya tək getməyəcəyəm. Əksinə, yaxınlarımı, şiələrimdən olan haqq yolçularını toplayıb onlardan silahlanmalarını və mənimlə gəlmələrini istəyəcəyəm...”2




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin