Son zamanlar şiələrə qarşı səslənən etirazlardan biri də budur ki, guya İmam Hüseynin (ə) qatilləri elə şiələr özləri olmuşlar. Çünki Ömər ibn Sədin Kərbəlaya yeritdiyi qoşunun böyük əksəriyyətini Kufə əhalisi təşkil edirdi. O dövrün kufəliləri Əli (ə) şiələri hesab edilirdilər. İndi göz yaşı axıtmalarının səbəbi də əcdadlarının törətdikləri bu cinayətdir. Seyid Əli Cəlal Hüseyni Misri qələmə aldığı “əl-Hüseyn” adlı kitabında yazır: “İmam Hüseyn (ə) haqqında maraqlı məqamlardan biri də budur ki, onu şiələr öldürdülər və indi də hər il onun öldürüldüyü gün matəm mərasimləri keçirir, əzadarlıq edirlər”.3
Bütün bunları nəzərə alıb düşündük ki, bu məsələni incələyib İmamın (ə) qatilinin kimlər olduğunu aydınlaşdıraq.