Haqqin iZİ İLƏ


Qeys ibn Müsəhhər Seydavi



Yüklə 2,22 Mb.
səhifə100/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   96   97   98   99   100   101   102   103   ...   283
Qeys ibn Müsəhhər Seydavi

Qasid şəhidlərdən biri də Qeys ibn Müsəhhər Seydavidir. O, Müslim ibn Əqil tərəfindən İmam Hüseynə (ə) məktub aparmışdı. İmamın (ə) cavabını Kufəyə apararkən yolda Hüseyn ibn Təmim tərəfindən tutulub Übeydullah ibn Ziyadın yanına göndərildi. Übeydullah ondan məktubun məzmunu haqqında soruşduqda, dedi: “Məktubu cırdım. Cırdım ki, sən onun məzmunu haqqında heç bir məlumat ala bilməyəsən”.

İbn Ziyad dedi: “Məktub kimlərə göndərilmişdi? Əgər onu da demirsənsə minbərə çıx və yalançı oğlu yalançıya lənət oxu”. O, minbərə çıxıb dedi: “Ey camaat! Həqiqətən, Hüseyn ibn Əli (ə) yaradılmışların ən yaxşısıdır. O, Peyğəmbər (s) qızı Fatimənin (ə) oğludur. Mən onun tərəfindən göndərilmişəm. Mən ondan Hacərdə ayrılmışam. Özünüzü ona yetirin”. Bu sözlərdən sonra Übeydullaha və atası Ziyada lənət oxuyub İmam Əliyə (ə) salam göndərdi. İbn Ziyadın göstərişi ilə o, minbərdən yerə atıldı. Beləcə onu da şəhid etdilər. Bunlar həqiqi şiələr idilər1.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin