Haqqin iZİ İLƏ


Şiəlik İmam Mehdinin (ə) dönəmində



Yüklə 2,22 Mb.
səhifə115/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   111   112   113   114   115   116   117   118   ...   283

Şiəlik İmam Mehdinin (ə) dönəmində


Bəzi Qum şiələri (İmam Həsən Əsgərinin (ə) vəfatından xəbərsiz halda) şəri vergilərini ödəmək məqsədi ilə Samirəyə gəldilər. Öncə onları Cəfərin yanına apardılar. Qumlular Cəfəri sınamağı qərara aldılar. Elə bu məqsədlə də ondan soruşdular: “Gətirdiyimiz pulun məbləğindən xəbərin varmı?” Cəfər dedi: “Qeybi yalnız Allah bilir”. Bu cavabı eşidən qumlular gətirdikləri pulu ona vermədilər. Sonra bir nəfər onları, kimin olduğunu bilmədikləri evə apardı. Orada bir nəfər pulun məbləğini onlara dedi. Qumlular pulu həmin adama təhvil verdilər. Cəfər bu məsələni Mötəmidə çatdırdı. Nəticədə imamın (ə) və qonşularının evi yenidən arandı.1

Hakimiyyət dairələrinin həssaslığı və Cəfərin onları təhrik etməsinin səbəbi on ikinci imamı (ə) ələ keçirmək idi. Davamlı axtarışlar nəticəsində onu tapa bilmədikdə isə İmam Həsən Əsgərinin (ə) övladı olmadığını elan etdilər. İmamın (ə) evində öz inanılmış adamlarını qoyur və bu yolla yaydıqları şayiələrin doğruluğunu göstərmək, şiələr arasında çaşqınlıq yaratmağa çalışırdılar.2

Öncədən planlaşdırıldığı kimi, o həzrətin (ə) dünyaya gəlişi, hətta bir çox şiələrdən belə gizli qaldı. Bu mübarək təvəllüddən yalnız bəzi etibarlı şiələr, İmam Həsən Əsgərinin (ə) bəzi vəkilləri və evində işləyən xadimlər xəbərdar oldular. Şeyx Müfid İmam Mehdini (ə) görmək şərəfinə nail olan bir çox yaxın səhabələrin, xadimlərin adlarını qeyd etmişdir. Məhəmməd ibn İsmayıl ibn Musa ibn Cəfər, Həkimə xatun (İmam Cavadın (ə) qızı), Əbu Əli ibn Mütəhhər, Əmr Əhvazı, Əbu Nəsr Tərif (imamın (ə) xadimi) imamı (ə) görməyə nail olmuşlar sırasındadırlar1. Beləcə İmam Həsən Əsgəri (ə) övladını bəzilərinə göstərib onu öz canişini elan etdi. Şeyx Küleyni, İbn İclidən iranlı bir kişinin ona belə dediyini nəql edir:

“İmam Həsən Əsgəriyə (ə) xidmət məqsədi ilə Samirəyə getdim. İmam (ə) mənə evin alış-veriş işlərini tapşırdı. Bir gün həzrət (ə) övladını mənə göstərib buyurdu: “Bu, sizin sahibinizdir”. Həmin vaxtdan imamın (ə) vəfatına qədər bir də o uşağı görmədim. Mən uşağı görəndə onun iki yaşı var idi”2 .

İmam Həsən Əsgərinin (ə) öz oğlunu şiələrə göstərməsinin ən mühüm çağı, imamın (ə) xüsusi vəkillərindən Məhəmməd ibn Osman Əmrinin qırx nəfərlə birgə İmamın (ə) yanına gəldiyi an idi. Həzrət (ə) oğlunu onlara göstərib buyurdu: “Ona itaət edin. Məndən sonra (onun haqqında) fikir ayrılığına düşməyin”.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin