4. Şiəliyin Siffeyn döyüşündə meydana gəlməsi;
Şiəliyin Əlinin (ə) hakimiyyəti dönəmində meydana gəldiyi versiyasını irəli sürənlərin bəziləri onun Siffeyn döyüşü zamanı meydana gəldiyini söyləyirlər. Onlara görə həkəmiyyət məsələsindən sonra Əlinin (ə) tərəfdarları iki hissəyə ayrıldılar. Bir qrupu xəvaric adlanır. Onlar Siffeyn döyüşündən qayıdarkən Hərura adlı bir yerdə məskunlaşdılar. Digər bir hissəsi isə imamla (ə) Kufəyə qayıtdılar. İkinci qruplaşma imamın (ə) yanına gələrək yenidən o həzrətə (ə) beyət etdilər, onun dostları ilə dost, düşmənləri ilə düşmən olacaqlarına söz verdilər.
Bu versiyanın tərəfdarlarından biri də şərqşünas William Montgomery Watt-dır. Guya o, bu versiyanı Təbərinin aşağıdakı yazılarından əxz etmişdir. “Əli (ə) Kufəyə daxil olduqda xəvaric ondan ayrıldı. Şiələrsə ona sığındılar. Onlar həzrətə (ə) dedilər: “Biz bir daha beyət etməliyik. Sənə dost olanların dostu, düşmən olanların isə düşməniyik”2 .
Diqqətinizə çatdırırıq ki, Təbərinin sözündəki “şiələr ona sığındılar (onun yanında qaldılar) ifadəsində məqsəd imamın (ə) şiələrinin Siffeyn döyüşündə iştirak etməsi və şiə kimi tanınanların imama (ə) beyətlərini yeniləmələridir. Siffeyn döyüşü də Cəməl döyüşü kimi şiəliyin yaranmasında və ya daha artıq tanınmasında hər hansı bir rola malik olmamışdır.
Dostları ilə paylaş: |