Bəzi şərqşünasların və onların əhli-sünnədən olan tərəfdarlarının Şiəliyin iranlılara aid olması ilə bağlı fikirlərinə nəzər salaq:
Şərqşünas Reinhart Pieter Anne Dozy;
O, yazır: “Şiə məzhəbi farslardan gələn bir çəkişmədir. Çünki ərəblər fikir azadlığı tərəfdarı idilər. Lakin farslar isə padşahlığa, hakimiyyətdə varisliyə meyllidirlər. Onlar heç bir zaman seçim sözünün mənasını başa düşməmişlər. Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra onun oğul övladının olmadığını görən farslar bir səslə dedilər: “Ondan sonra xilafətə Əli (ə) layiqdir”. Başqa sözlə desək, xilafətin irsi olması məsələsindəki fars və şiə təfəkkürünün bənzərliyi şiəlik düşüncəsinin iranlılardan alınmasını göstərir”1 .