Haqqin iZİ İLƏ


ƏHLİ-SÜNNƏYƏ GÖRƏ İRANLILARIN ŞİƏLİYİ



Yüklə 2,22 Mb.
səhifə130/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   126   127   128   129   130   131   132   133   ...   283

ƏHLİ-SÜNNƏYƏ GÖRƏ İRANLILARIN ŞİƏLİYİ


QƏBUL ETMƏ SƏBƏBLƏRİ

Əhli-sünnə, iranlıların şiəliyi qəbul etmələri üçün iki səbəb göstərir:



  1. İranlılarla qohumluq əlaqələri;

Onlara görə, İmam Hüseyn (s) İranın fəthindən sonra Sasani padşahı Yəzdigərdin qızı Şahi-zənanla ailə qurdu. Allah-Taala ona Əli ibn Hüseyn (ə) adında bir oğul bəxş etdi. O, atasının bütün şəxsi keyfiyətlərini özündə toplamışdı. Bu qohumluq əlaqəsi iranlılarda Əhli-beytə (ə) böyük sevgi oyatdı.

Cavab: Birincisi, şiəliyin iranətrafı bölgələrdə yayılmasının tamamilə fərqli amilləri var. Gələcək fəsildə bu haqdan söhbət açacağıq.

İkincisi, tarixçilərə görə səhabələr iranlı əsirləri Ömər ibn Xəttabın yanına gətirdikdə aralarında Yəzdigərdin üç qızı var idi. Ömər bu qızların satılmasını əmr etdi. Bu zaman Əli (ə) buyurdu: “Padşah qızları ilə digər qadınlar kimi davranmaq yanlışdır”. Ömər dedi: “Onlarla necə davranmalıyam?” İmam buyurdu: “Onlara qiymət qoy və bunu mehr hesab edib onları ərə ver”. Əli (ə) onların üçünü də aldı: birini Abdullah ibn Ömər üçün, birini İmam Hüseyn (ə) üçün, sonuncusunu isə Məhəmməd ibn Əbu Bəkr üçün5.

Burada belə bir sual meydana çıxır ki, əgər İranda şiəliyin yayılmasına səbəb bu qohumluqdursa, nə üçün Abdullah ibn Ömər və ya Məhəmməd ibn Əbu Bəkrin qohumluğu əhli-sünnənin iranlılar arasında yayılmasına gətirib çıxarmayıb?


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin