2. İranlılarla şiələrin fikir birliyi.
Bəziləri yazırlar: “İranlılarla şiələrin xəlifəliyin ilahi bir məqam olması, irsiyyət yolu ilə nəsildən-nəslə keçməsi, bu məsələdə xalqın seçiminin heç bir dəyəri olmaması haqqında müştərək fikirdə olmaları iranlıların şiəliyi qəbul etməsinə gətirib çıxarmışdır”.
Cavab: Birincisi, şiələrə görə, imamət məsələsində irsiyyət deyə bir amil yoxdur. Bu daha çox Bəni-Üməyyə və Abbasılərə məxsus idarəçilik üsuludur. Şiələr imamətin ilahi bir haqq olduğu qənaətindədirlər.
İkincisi, çox güman ki, iranlılar padşahın seçilməsinin ilhai bir haqq olduğunu Zərdüşt təlimlərindən əxz etmişlər. Əlbəttə, onlar bunun tətbiqində yanıldılar. Lakin bu, peyğəmbərlərin təlimlərindən mənimsənilmiş bir ideyadır.
Üçüncüsü, şiələrin xalqın seçiminə heç bir əhəmiyyət verməməsi sadəcə ittihamdır. Onlar hakimiyyətin gerçəkləşməsi üçün xalqın beyət etməsini zəruri hesab edirlər.
Dostları ilə paylaş: |