ŞİƏLİYİN ABDULLAH İBN SƏBANIN TƏRƏFİNDƏN
YARADILMASI İTTİHAMI
Öncə də qeyd edildiyi kimi, bu əfsanənin quraşdırılmasında məqsəd şiəliyə zərbə vurmaqdır. Bu ittihama görə guya şiəliyin təsisçisi yəhudi əsilli olmuşdur. O, öz fikirlərini yayaraq İslam dünyasında yeni bir məzhəb yaratmaqla yanaşı, yəhudi təfəkkürünün və təfriqənin İslam dünyasına hakim olmasına səbəb olmuşdur. Şiələrə qarşı bu ittihamı irəli sürənlərin qeydlərinə nəzər salaq:
1. Əbu əl-Həsən Məlti yazır: "Bu firqənin – şiəliyin təsisçisi Abdullah ibn Səbadır. O, yəhudilərlə əlaqəli bir şəxs olduğundan şiəliyin toxumunu ilk dəfə olaraq İslam dünyasına səpmiş və bu yolla İslama zərbə vurmaq istəmişdir"2.
2. Doktor Əli Sami Nişar yazır: "Şişirdilmiş etiqadlara malik şiəliyin təsisçisi yəhudidir (Abdullah ibn Səbadır)”3 .
3. Məhəmməd Əbu Zöhrə yazır: "Böyük tağut (şeytan, azdırıcı) Abdullah ibn Səba insanları Əlinin (ə) imam olduğuna inanmağa sövq edirdi. O, Peyğəmbərin (s) yenidən qayıdışına etiqad bəsləyirdi. Şiə məzhəbi də bu fitnələrdən doğaraq meydana gəldi"4.
4. Ehsan İlahi Züheyr yazır: "İmamiyyə şiə məzhəbi cinayətkar yəhudi Abdullah ibn Səbanın önə çəkdiyi düşüncələr əsasında formalaşmışdır"5.
5. Doktor Nasir ibn Abdullah ibn Əli Qifari yazır: “Şiə məzhəbi və onun irəli sürdüyü prinsiplər Abdullah ibn Səba və tərəfdarları tərəfindən yaradılmışdır”6 .
Dostları ilə paylaş: |