5. İbrahim Mahmud;
O, öncə çox ehtiyatla məlum mövzu haqqında söhbətə başlayır. Onun qənaətinə görə, Abdullah ibn Səba haqqında mübaliğə olunmuş və ona çox əhəmiyyət verilmişdir. Lakin növbəti dəfə bu haqda söhbət açdıqda bu məsələnin yəhudilər tərəfindən quraşdırılaraq tarixi qaynaqlara ötürüldüyünü qeyd edir. Onun fikrincə, yəhudilər bu növ məsələlərdə böyük məharətə malik olmuşlar. Onların bu növ saxta rəvayətləri “Yəhudi islam ədəbiyyatı” adlanır. O, Abdullah ibn Səbaya bu baxımdan yanaşaraq yazır: “İbn Səba, yaxud məzəmmət və qınaq obyekti olub İbn əl-Yəhudiyyə və ya İbn əs-Səvada kimi tanınan şəxs əfsanəvi bir şəxsiyyət görkəmi almışdır5.
Dostları ilə paylaş: |