4. Kimliyi məlum olmayan rəvayətçilərdən nəql etməsi;
Seyf ibn Ömər kimliyi məlum olmayan rəvayətçilərdən hədis nəql etmişdir. Bir rəvayətçilərin dəyərləndirilməsi ilə bağlı kitablarda onların adına rast gəlmirik, adlarını çəkənlər isə tanımadıqlarını bildirirlər. O, Müstənir ibn Zeyd, Mübəşşir ibn Füzeyl, Səhl ibn Yusif, Qüsn ibn Qasim, Əbu Səfiyyə və bu kimi kimliyi bəlli olmayan rəvayətçilərdən hədis nəql etmişdir. Seyf çox nadir hallarda etibarlı rəvayətçilərdən hədis nəql edir.
5. Görmədiyi rəvayətçilərdən hədis nəql etməsi;
Seyf ibn Ömər əsla görmədiyi Ənəs ibn Malik kimi rəvayətçilərdən hədis nəql edir. Sanki o, bununla özünü tabei kimi göstərmək istəyir. Seyf hicri 180-ci ildə Harun ər-Rəşidin dönəmində dünyasını dəyişmişdir. Lakin Ənəs ibn Malik hicri 90-cı ildə vəfat etmişdir. Buna əsasən o, on yaşında ikən Ənəsdən hədis eşitməli idi; əlbəttə, əgər Ənəs 100 il yaşamışdırsa.
6. Səhih sənədli rəvayətlərə qarşı çıxması;
Tarixi kitablara nəzər saldıqda və Seyf ibn Ömərin rəvayətləri ilə müqayisə etdikdə Seyfin rəvayətlərinin İbn İshaq, İbn Şəbbəh, Vaqidi, Əbu Mixnəf və s. tarixçilərlə böyük fərqi vardır. Misal üçün, Müslimin də "Səhih" əsərində qeyd etdiyi Vəlid ibn Əqəbənin şərab içdiyi üçün şallaqlanması hadisəsi tarixi baxımdan tam sübuta yetmiş hadisələrdəndir. Bu hadisə baş verdiyi zaman Cündəb ibn Züheyr kimi əməlisaleh səhabənin şəhadət verməsi də diqqət çəkir. Lakin Seyf ibn Ömər bu hadisəni tamamilə əksinə göstərir və Vəlidə bəraət qazandıraraq ona şahidlik edənləri yalançı adlandırır.
Dostları ilə paylaş: |