7. Böyük səhabə və tabeilərə qarşı təhqirlər;
Seyf ibn Ömər Əmmar Yasir, Əbuzər Qifari, Zeyd ibn Suhan, Malik Əştər, Əsvəd ibn Yezid və Bəni-Üməyyəyə etiraz edən digər böyük səhabələri təhqir edir. Elə buna görə də, o, rəvayətlərində Əbuzər və Əmmar Yasir kimi səhabələri Abdullah ibn Səbanın şagirdləri adlandırır.
8. Məzhəbi təmayül;
Seyf ibn Ömərin rəvayətlərini oxuyan hər bir oxucu onun Bəni-Üməyyə tərəfdarı olduğunu və tarixi həqiqətləri təhrif edərək onları müdafiə etməyə çalışdığını açıqca görür. Elə buna görə də Müsib əd-Din Xətib və s. müasir Bəni-Üməyyə müdafiəçiləri ondan hədis nəql edirlər.
Dostları ilə paylaş: |