12. Uydurma səhabələr;
Seyf ibn Ömər nəql etdiyi rəvayətlərdə yüz əlli nəfərdən çox səhabə uydurmuşdur. Biz bunlardan doxsan üç nəfərini yazdığımız iki cild kitabda incələmişik. Bunların iyirmi doqquz nəfəri Təmim qəbiləsindəndir. O, bu uydurma səhabələrlə bağlı yalançı fəthlər, möcüzələr, şeirlər, hədis və rəvayətlər qeyd etmişdir. Bunlar elə adlardır ki, Allah belə şəxslər yaratmayıb, onlar yalnız subyektiv varlığa malikdirlər, hamısını Seyf ibn Ömər uydurmuşdur. O, onlarla rəvayətçi də uydurmuş və onlardan hədis nəql etmişdir. Belə rəvayətçilərə misal olaraq, Məhəmməd ibn Səvad ibn Nüveyrəni göstərmək olar. Seyf ondan 216, bəzi uydurma rəvayətçilərdən isə daha az hədis nəql etmişdir.
Bundan başqa o, Süeyr, Həzhaz Vat, Hümeyzə və digər adlarda rəvayətçilər, çoxlu sayda ərəb şairləri, fars və rum padşahları, yalançı yer adları və s. uydurmuşdur"2.
Dostları ilə paylaş: |