Haqqin iZİ İLƏ



Yüklə 2,22 Mb.
səhifə170/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   166   167   168   169   170   171   172   173   ...   283
Beşinci rəvayət:

Əbu Bəkr Əhməd ibn Müzəffər ibn Hüseyn ibn Susən Təmmar və Əbu Tahir Məhəmməd ibn Məhəmməd ibn Abdullah Əbu Əli ibn Şazandan, o, Əbu Bəkr ibn Cəfər ibn Məhəmməd Adəmdən, o, Əhməd ibn Musadan, o, Əhməd ibn Abdullah ibn Yunus Əbu əl-Əhvəsdən, o, Müğeyrədən Simakın belə dediyini nəql edir: “Əliyə (ə) xəbər verildi ki, İbn əs-Səvda Əbu Bəkr və Ömərin nöqsanlı olduğunu deyir. Əli (ə) Allaha pənah apardığını bildirib, qılıncını istədi. Həzrət (ə) onu öldürmək istəyirdi. Kimsə həzrətlə (ə) danışdı. Sonda o, buyurdu: "Onu mənim yaşadığım ölkədə yaşatmayın". Buna görə də onu Mədainə sürgün etdilər1.



Cavab: Birincisi, Simak ibn Hərb bu hadisənin şahidi olmayıb. Çünki o, Əlini (ə) əsla görməmişdir. Simak ibn Hərb hicri 123-cü ildə dünyaya gəlmiş, lakin Əli (ə) hicri 40-cı ildə şəhid edilmişdir.

İkincisi, İbn əs-Səvdada məqsədin Abdullah ibn Səba olub-olmaması məlum deyil.

Üçüncüsü, Əbu Bəkr və Ömərin nöqsanlarını deyən öldürülürmü? Bu hökm yalnız Peyğəmbər (s) və Əhli-beyt (ə) haqqında keçərlidir. Ona görə də rəvayətlərdə, Əbu Bərzə Əsləmi Əbu Bəkri söyən birini öldürmək istəyəndə Peyğəmbərin (s) mane olduğunu görürük2.

Dördüncüsü, bu rəvayət Abdullah ibn Səbanın sürgünə göndərilməsinə səbəb kimi onun Əli (ə) haqqında "qülüv" etməsini göstərən rəvayətlərlə ziddiyyət təşkil edir.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin