2. Əmmar Yasir;
Bəlazuri yazır: “Miqdad ibn Əmr, Əmmar ibn Yasir, Təlhə, Zübeyr və bir çox digər səhabələr Osmana məktub yazaraq bəzi məqamları xatırladıb, Allahdan qorxmasını tövsiyə etdilər. Həmin məqamlara əhəmiyyət verilmədiyi təqdirdə ona qarşı çıxacaqları ilə hədələdilər. Əmmar məktubu alıb Osmanın yanına gəldi. Osman məktubun ilk cümlələrini eşitdikdə qəzəblənərək dedi: “Sən dostlarından biri olaraq bu hədə dolu məktubu mənim üçün oxumağa necə cürət edirsən?” Əmmar dedi: “Çünki mən qövmün sənə daha çox nəsihət verəniyəm”.
-Yalan deyirsən, ey Süməyyənin oğlu!
-And olsun Allaha ki, mən Süməyyə və Yasirin oğluyam.
Bu cavabı eşidən Osman qulamını çağırıb onun əl-ayağının sındırılmasını tapşırdı”. Sonra ayaqqabılı ayaqları ilə Əmmarı təpikləməyə başladı və nəticədə Əmmarın bədəni qaraldı”1 .
İbn Səd Təbəqat əsərində yazır: "Əqəbə ibn Amir Əmmarı qətlə yetirən şəxdir. O, Əmmarı Osmanın əmri ilə vurdu”2 .
Halbuki Əmmar ibn Yasir Əbu əl-Yəqzan hicri qəməri 36-cı ildə Siffeyn döyüşündə şəhid edildi. O və valideynləri İslamın erkən çağlarında iman gətirdikləri üçün orta əsr işgəncələrinə məruz qaldılar. Lakin İslamdan dönməyərək bütün işgəncələrə dözdülər. Nəticədə Yasir və Süməyyə ağır işgəncələr altında şəhadət məqamına yüksəldilər.
İbn Hişam yazır: "Bəni-Məxzumlular Əmmar və valideynlərini hava isti ikən evlərindən çıxardılar. Günorta çağı Məkkənin isit qumları üzərində işgəncələr verməyə başladılar. Onların yanından keçən Peyğəmbər (s) buyurdu: "Dözümlü olun, Yasir ailəsi! Sizin yeriniz behishtdir”3 .
Xalid ibn Vəlid deyir: "Əmmarla mənim aramda mübahisə düşdü. Mən ona ağır söz dedim. Əmmar Peyğəmbərə (s) məndən şikayət etdi. Mən Peyğəmbərin (s) yanına gələndə həzrət (s) başını qaldırıb buyurdu: "Əmmara düşmən kəsilən şəxs Allaha düşmən kəsilmişdir. Ona qəzəblənən, kin bəsləyən Allaha qəzəblənmiş, kin bəsləmişdir". Mən o gündən bəri Əmmarı sevirəm”4 .
Hani ibn Hani deyir: "Biz Əlinin (ə) yanında idik. Əmmar oraya gəldi. Həzrət (ə) onu görub buyurdu: "Pak və pakediciyə salam olsun! Peyğəmbər (s) buyurmuşdur: “Əmmarın bütün vücudunu iman bürümüşdür”5 .
İbn Məsud deyir: “Peyğəmbərin (s) Əmmara belə buyurduğunu eşitdim: "İnsanlar ixtilaf edərlərsə, (bilin ki,) haqq Əmmarladır"6.
İbn Teymiyyənin tələbəsi İbn əl-Qəyyim Cövziyyə deyir: "Şamlılar Peyğəmbərin (s) Əmmar haqqında "Səni zalımlar qətlə yetirəcək", - deyə buyurduğu kəlamı yanlış yozdular. Onlar deyirdilər: "Onu biz öldürmədik. Onu özü ilə döyüşə gətirib nizələr qarşısına çıxaranlar öldürdülər".
Bu yozum hədisin ibtidai mənasının tam əksinədir. Çünki onu qətlə yetirən birbaşa ona zərbə endirəndir. Buna görə də onların bu yozumunu rədd edərək bu fikirdə olanlara belə bir sual ünvanlamışlar: Həmzənin və onunla birgə şəhid edilənlərin qatili Peyğəmbər (s) və səhabələr idilərmi? Çünki onları müşriklərin şəmşirləri qarşısına çıxaran Peyğəmbər (s) və səhabələri idilər.
Dostları ilə paylaş: |