Haqqin iZİ İLƏ


İBN SƏBA ABDULLAH İBN VƏHƏBDİRMİ?



Yüklə 2,22 Mb.
səhifə182/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   178   179   180   181   182   183   184   185   ...   283

İBN SƏBA ABDULLAH İBN VƏHƏBDİRMİ?


Bəzi tarixi qaynaqlarda Abdullah ibn Səbanın Abdullah ibn Vəhəb Rasibi olduğu qeyd edilir. Abdullah ibn Vəhəb Rasibi Nəhrəvanda Əliyə (ə) qarşı döyüşən xəvaricin öndə gedənlərindən idi. Səd ibn Abdullah Əşəri yazır: "Səbaiyyə Abdullah ibn Səbanın tərəfdarlarına deyilir. O, Abdullah ibn Vəhəb Rasibi Həmdanidir”4.

Bəlazuri yazır: “Hücr ibn Ədi Kindi, Əmr ibn Həmiq Xüzai, Həbbə ibn Cüveyn Bəcəli və İbn Səba adlanan Abdullah ibn Vəhəb Həmdani Əlinin (ə) yanına gəlib ondan Əbu Bəkr və Ömər haqqında soruşdular"1.

Fikrimizcə, bu iki şəxs arasında oxşarlıq, tarixçilərin onların eyni adam olduqlarını güman etmələrinə gətirib çıxarmışdır. Çünki hər ikisinin adı Abdullahdır; hər ikisi yəmənlidir və hər ikisi İbn əs-Səvda kimi məşhurdur. Bu ehtimalın meydana gəlməsində bəzi rəvayətlər də təsirsiz olmamışdır2. Lakin onları bir-biri ilə müqayisə etdikdə görürük ki, bu iki şəxs eyni adam deyil. Aralarında oxşar cəhətlərin olmasına baxmayaraq, fərqli cəhətlər də çoxdur. Buna görə də onların eyni adam olması mümkün deyil. Bu iki şəxs arasındakı bir neçə fərqli cəhətə nəzər salaq:

1. Abdullah ibn Səba zöhd və ibadət anlayışları ilə vəsf edilməmişdir. Lakin Abdullah ibn Vəhəb məlum fəzilətlərlə vəsf edilmişdir. Belə ki, İbn Həcər onun haqqında yazır: "İnsan onun ibadətlərindən heyrətə düşür. Belə ki, onu "qabarlı" adlandırmışlar. Çünki çox səcdə etdiyindən alnı və dizləri dəvə (dizi) kimi qabar bağlayırdı”3.

2. Tarixçilərə görə, Abdullah ibn Səba yəhudi olmuş və Osman dönəmində İslamı qəbul etmişdir. Abdullah ibn Vəhəb isə Ömər ibn Xəttab dönəmindəki fəthlərdə iştirak etmişdir.

İbn Həcər onun haqqında yazır: "O, Səd ibn Əbu Vəqqasla birgə İraqın alınmasının şahidi olmuşdur"4.

3. Abdullah ibn Səba Əli (ə) haqqında "qülüv" etmiş, onu ilahiləşdirərək Allah həddinə yüksəltmiş, Seyf ibn Ömərin rəvayətinə görə isə onu (ə) digər xəlifələrdən üstün hesab etmişdir. Bir halda ki, Abdullah ibn Vəhəb Rasibi Əlini (ə) kafirlikdə ittiham etmişdir.

4. Abdullah ibn Vəhəb xəvaricin sərkərdəsi idi. Abdullah ibn Səba isə ümumiyyətlə xəvaricdən deyildi.

5. Abdullah ibn Səbanı Əli (ə) yandırmış və ya Mədainə sürgün etmiş və Əlinin (ə) şəhadət xəbərini eşidənədək orada qalmışdır. Abdullah ibn Vəhəb isə tarixçilərin yekdil rəyinə görə, Nəhrəvan döyüşündə qətlə yetirilmişdir.

İbn Həcər yazır: “Abdullah ibn Vəhəb Rasibi Həruriyyə sərkərdələrindəndir. Bəziləri onu zəiflər sırasında qeyd etmişlər. O, Nəhrəvanda xəvaricin öndərlərindən idi. Əli (ə) onlarla döyüşəndə o, qətlə yetirildi”5.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin