Haqqin iZİ İLƏ



Yüklə 2,22 Mb.
səhifə184/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   180   181   182   183   184   185   186   187   ...   283

İBN ƏS-SƏVDA KİMDİR?


Seyf ibn Ömər rəvayətlərində Abdullah ibn Səbanın bəzən bu adla, bəzən İbn əs-Səvda, bəzən də Abdullah ibn əs-Səvda adı ilə anmışdır. Ondan sonra əlinə qələm alanlar da eyni ibarələri ondan nəql etmişlər. Burada belə bir sual yaranır: İbn əs-Səvdada məqsəd Abdullah ibn Səbadırmı?

İbn əs-Səvda adı şiə və əhli-sünnə qaynaqlarında çox işlədilmiş, bir çox səhabələr və qeyri-səhabələr bu adla məzəmmət edilmişlər. Bu ad yalnız Seyf ibn Ömərin rəvayətlərində Abdullah ibn Səba haqqında işlədilmişdir.

a) Şiə qaynaqları;

Şiyə qaynaqlarında bir çoxları bu adla məzəmmət olunmuşlar. Buna aşağadakıları misal göstərmək olar:

1. Əbuzər (adı məlum olmayan) bir səhabəni bu adla məzəmmət etmişdir5.

2. Kim olduğu məlum olmayan bir şəxs bu adla məzəmmət olunmuşdur6.

3. Xəvaric sərkərdələrindən Abdullah ibn Vəhəb Rasibi7.

4. Əmr ibn Osman Əffan, Üsamə ibn Zeydi İbn əs-Səvda adı ilə məzəmmət etmişdir8.

5. Osman Əmmar ibn Yasiri İbn əs-Səvda adlandıraraq məzəmmət etmişdir9.

b) Əhli-sünnə qaynaqları;


1. Əmmar ibn Yasir Osman tərəfindən bu adla məzəmmət edilmişdir10.

2. Bilal ibn Rəbah Əbuzər tərəfindən bu adla məzəmmət edilmişdir11.

3 Əli (ə) dönəmində bir kişi həzrət tərəfindən bu adla məzəmmət edilmişdir.

4. Təbərinin "Tarix" əsərində Seyf ibn Ömərdən iqtibas etdiyi rəvayətlərdə Abdullah ibn Səba İbn əs-Səvda kimi göstərilmişdir1.

Bu araşdırmadan alınan nəticəyə görə, Təbəridən başqa heç kim tarix və hədis kitablarında Abdullah ibn Səbanı bu adla təqdim etməmişdir.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin