İbn Həcər yazır: "Səhih sənədli rəvayətlərdən məlum olur ki, Əli (ə), haqqında Allahlıq iddiası edənləri yandırdı. Çox güman ki, Səbaiyyə də buradan meydana gəlmişdir".
O, "Fəth əl-bari" kitabında yazır: "Əbu əl-Müzəffər Əsfərani "əl-Miləl vən-nihəl" əsərində Əlinin (ə) haqqında Allahlıq iddiası etdikləri üçün yandırdıqlarının rafizilər olduğunu güman etmişdir. Onlar, yəhudi olub İslamı qəbul etmiş Abdullah ibn Səbanın başçılıq etdiyi Səbaiyyə idilər. Bunu İbn Səba bidət olaraq önə çəkmişdir. Çox güman ki, bu bizim Əbu Tahirdən nəql etdiyimiz hədisdir. Biz onu Abdullah ibn Şüreyk Amiri və əcdadı vasitəsilə nəql etmişik. Hədisdə deyilir: “Əliyə (ə), bir dəstə insanın məscidin qapısı önünə toplaşaraq onun pərvərdigar olduğunu iddia etdikləri xəbər verildi...”. Bu hədis sənəd baxımından "həsən"dir”1.
İbn Həcərin sözlərindən göründüyü kimi o, İbn Səbanı şiələrin qəbul etdiyi şəkildə qəbul edir.
Dostları ilə paylaş: |