Şiəliyin qisimləri
Tarixçilər və rical alimləri şiəlik sözünü bir termin kimi müxtəlif mənalarda işlətmişlər:
a) Şiəlik geniş mənada;
İlk dövrlərdə şiəlik anlayışı bu gün aid olduğu mənadan daha geniş idi. Bugünkü şiəlik qədim Osman tərəfdarlarının təbirincə "rəfz" adlanırdı. O zaman şiə Əlini (ə) Osmandan üstün hesab edənlərə, onun və övladlarının imam olduğuna etiqad bəsləyənlərə deyilirdi. Xəlifələrlə müqayisədə Əliyə (ə) daha çox diqqət yetirənlərə şiə, iki şeyxi (Əbu Bəkr və Ömər) inkar edənlərə, Əlinin (ə) imam olduğunu Allah tərəfindən yazılı dəlil olduğuna inananlara isə "rafizi" deyilirdi. Zəhəbinin ilk rical alimlərindən nəql etdiyi ibarələr şiəlik və rafiziliklə bağlı o dövrə aid məlumatlar almaqda bizə kömək edir. Şiəlik güclü olduqca bu ibarələr daha sərt olur. Misal üçün, Zəhəbi Buxarinin hədis ustadlarından olan Abdullah ibn Musa haqqında yazır: "O, şiə idi".1 Ədi ibn Sabit haqqında yazır: "İfrat dərəcədə "qülüv" edən rafizi idi”2. Əla ibn Əbu əl-Abbas haqqında yazır: "Qülüv edən şiə idi"3. Görkəmli tarixçi Məhəməd ibn Cərir Təbəri haqqında yazır: "O, şiəliyə meyillidir. Əhli-beytə (ə) ədalətinə zərər verməyəcək dərəcədə məhəbbət bəsləyirdi". Füzeyl ibn Məzruq Kufi haqqında yazır: "O, şiədir. Lakin (səhabələr haqqında) nalayiq sözlər demir”. Əli ibn Haşim haqqında deyilir: "O, şiəlikdə ifrat etmişdir".
Qeyd etmək lazımdır ki, adətən şiəliyə meyilli olmayan kufəli azdır. Bu təmayüldə məqsəd şiəliyin geniş mənasıdır.
b) Şiəlik - Əhli-beyt (ə) dostluğu;
Şiəliyin digər forması isə Əhli-beyt (ə) dostluğudur. Bir çoxları Əhli-beytə (ə) sevgi bəslədiyi üçün şiə təmayüllüdür deyə ittihamlara məruz qalmışlar. Tarix boyu Əhli-beytə (ə) məhəbbət bəsləmək haqqında çoxsaylı yazılı dəllilərə əsaslanan insanlar onlara dost münasibət bəsləmiş və Osman tərəfdarları tərəfindən şiəlikdə ittiham edilmişlər. Şiəlik bir çox qaynaqlarda bu mənada işlənmişdir. Bunun ən bariz nümunəsi Məhəmməd ibn İdris Şafeinin təmayülüdür. Ondan nəql edilən şeirlər göstərir ki, o, şiəliyə meyilli olduğu üçün "rafizilikdə" ittiham edilmişdir. Bu şeirlərdən bir neçə nümunəyə nəzər salaq:
قالوا ترفضت، قلت کلا ما الرفض دینی ولا اعتقادی
و لکن تولیت غیر شک خیر امام و خیر هادی1
یا آل بیت رسول الله حبکم فرض من الله فی القرآن انزله
یکفیکم من عظیم الفخر انکم من لم یصل علیکم لا صلاة له2
"Mənə, sən rafizisən”- deyirlər. Rafizilik əsla mənim dinim, etiqadım deyil.
Lakin şübhəsiz, mən ən yaxşı imam və hidayətçini sevirəm.
Ey Peyğəmbər əhli-beyti (ə)! Sizi sevmək Allah tərəfindən vacib edilmişdir. Allah bunu Quranda buyurmuşdur.
Sizə bu iftixar yetər ki, sizə salam göndərməyənin namazı batildir".
Bu təmayül beşinci əsrdə və ondan sonra geniş yayıldı. Belə ki, üçüncü, dördüncü əsrdə olduqca təəssübkeş Osman tərəfdarları olan hənbəlilər arasında da Əhli-beytsevərlər gözə dəyməyə başladı. Bu sevgi, bu məhəbbət və bu dost münasibət şiəliyə aparan yol idi. Zaman keçdikcə, bu, şiəliyin geniş yayılmasına aparıb çıxara bilərdi.
c) Etiqadi şiəlik
Şiəliklə əhli-sünnənin ayrılmasının davamı olaraq aralarındakı ixtilaflar siyasi məsələlərdən dini, mədəni məsələlərə gəlib çıxdı. Erkən çağlarda başlıca problem hakimiyyət məsələsində idi. Əlinin (ə) fədailəri hər biri bir növ bağlı idi ona. Bəziləri onu hakimiyyətə layiq hesab edirdilər. Lakin zaman keçdikcə fiqhi və s. məsələlərdə digər səhabələrin ardınca getdilər. Bu cərəyanın müqabilində bəziləri Əhli-beytə (ə) doğru yönəlməyə başladılar. Şiələr fiqhi və kəlami (etiqadi) məsələlərdə imamları (ə) eşidirdilər. Bu cərəyan hicri birinci əsrin sonlarında özünü aydın göstərməsə də bunu “Etiqadi şiəlik” adlandırmaq olar. Bu təmayülün kökündə imamətə xüsusi növ etiqad dayanır. Bu təfəkkür tərzinə görə, imam rəhbərlikdən başqa dini izah etmək məsuliyyəti daşıyır. Buna səbəb imamın “vilayət” məqamına yüksəlməsi və Peyğəmbərlə (s) yaxın əlaqəsidir.
Dostları ilə paylaş: |