Haqqin iZİ İLƏ


Şiələrin zahid həyat sürməsi



Yüklə 2,22 Mb.
səhifə196/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   192   193   194   195   196   197   198   199   ...   283
2. Şiələrin zahid həyat sürməsi;

Şiələrin dini göstərişlərə bağlılıqları bu məzhəbin yayılmasına səbəb olan amillərdəndir. Xalq onlara nəzər saldıqda onların etiqad bəslədiyi İslamla Əməvilərin, Abbasilərin etiqad bəslədiyi İslamın fərqini tam aydınlığı ilə görürdü.

Süfyan Suri deyir: “Şiələrdən başqa yaxşı insan görmüsənmi?”1

Mədain ərəblərin mühacirət etdiyi şiə şəhəri kimi tanınırdı. Bu şəhər haqqında yazırlar:

"Bu bölgənin əhalisi əkinçiliklə məşğul olan on iki imamlı şiələrdir. Onların adət-ənənələrindən biri budur ki, qadınları gündüz evdən xaric olmur”2.

Müaviyəyə qarşı müqavimət göstərərək şiəlikdən bir addım belə geri çəkilməyən Hücr ibn Ədi və dostları haqqında yazırlar: "Onlar dində möhkəm idilər"3.

Namazı vaxtında qılmaq da şiələrin xüsusiyyətlərindən olmuşdur4. Dinəvəri nəql edərək yazır: "Übeydullah ibn Ziyad Müslimin gizləndiyi yeri tapmaq qərarına gəldikdə məmurlarından birini onu axtarmaq üçün məscidə göndərərk dedi: "Şiələr çox namaz qılırlar". Yəni orada bu xüsusiyyətdə olan kimsə taparsan, onun vasitəsi ilə Müslimin yerini öyrənərsən. O, məscidə gedib Müslim ibn Övsəcənin hamıdan çox namaz qıldığını müşahidə etdi. Beləcə onun yanına gedib hiylə ilə Müslimin yerini öyrəndi”5.

Salman Farsi şiələrin ilk görkəmli simalarından biridir. O, təqva və elm baxımından səhabələrə örnək idi. Əbuzər ən məşhur şiələrdəndir. O, dünyadan uzaq, maddi aləmə etinasız, insanların hüququna diqqətlə yanaşan bir səhabə kimi yadda qalmışıdır. Şiəlikdə ad çıxarmış Əmmar Yasir haqqında yazırlar: "Əmmar Yasir İslamın radikal keşikçilərindən idi”6.

Üveys Qərəni məşhur zahid şiələrdən olmuşdur. O, Əlinin (ə) şiələrindən idi və Siffeyn döyüşündə şəhadət məqamına yüksəldi. O, ürfani məqam baxımından çox yüksəkdə idi1. Şeybi onun haqqında yazır: “Üveys Qərəni şiə idi”. Əsfərayini onu məşhur abidlərdən biri hesab edir”2.

Kümeyl haqqında yazırlar: “O, öncədən zahid şiə idi”.3

Xəbbab ibn Ərətt haqqında yazırlar: “Xəbbab ibn Ərətt abid şiələrdən, göz yaşı tökən növhəxanlardan idi” 4.

Şiə rəvayətçisi Məhəmməd ibn Müslim haqqında yazırlar: “O, öz dövrünün ən çox ibadət edənlərindən idi”.5

Səid ibn Cübeyr haqqında yazırlar: “Səid ibn Cübeyr şiə zahidlərindən idi”. Doktor Şeybi əlavə edir: “Beləcə bizə məlum olur ki, şiəliyin mənşəyi zöhddür” 6.

Doktor Verdi yazır: “Şiəlik üç şəhərdə kök atdı. Bunlardan biri Kufə idi. Əmmar ibn Yasir orada olduğu üçün şiəlik də möhkəm idi. İkincisi, Mədain idi. Burada da Salman Farsinin olması şiəliyin güclənməsilə nəticələnmişdi. Üçüncüsü isə Cəbəl Amil idi. Burada da Əbuzər Qifarinin böyük təsiri olmuşdur”7. Kufədə şiəliyin inkişafında Əmmar kimi müqəddəs insanların təsiri olmasına baxmayaraq, burada əsas rolu Əli (ə) özü oynamışdır.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin