Əllamə Doktor Məhəmməd Həsən Şəhhatə
O, “əl-Əhzər” universitetinin sabiq müəllimidir. Davamlı araşdırmalar nəticəsində şiə məzhəbinin haqq olduğunu anlamışdır. O, İrana səfər edərkən Əhvaz əhalisi ilə görüş zamanı deyir: “İmam Hüseynə (ə) olan eşqim, malik olduğum bütün nüfuz və karyeramdan əl çəkməyimə səbəb oldu”.
Sözlərinin digər bir hissəsində deyir: “Əgər məndən İmam Hüseyni (ə) şərqdə, yoxsa qərbdə axtarmaq lazım olduğunu soruşsalar, mən: “İmam Hüseyni (ə) mənim qəlbimin ənginliklərində axtarın”, - deyə cavab verərəm. Allah-Taala mənə İmam Hüseyni (ə) tanımağı nəsib etmişdir... 50 ildir ki, Əliyə (ə) bağlanmışam və uzun illərdir ki, Əlinin (ə) vilayəti ətrafında təvaf etdiyimi görürəm”.1
Dostları ilə paylaş: |