Haqqin iZİ İLƏ


Bu terminin meydana gəlməsi



Yüklə 2,22 Mb.
səhifə223/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   219   220   221   222   223   224   225   226   ...   283

Bu terminin meydana gəlməsi


Tarixçilər bu terminin meydana gəlməsinin tarixi haqqında bir neçə versiya irəli sürmüşlər:

  1. Bu adı Zeyd ibn Əli ibn Hüseyn (ə) öncə ona beyət edib, sonra beyətlərinə əməl etməyən, onu tək qoyan Kufə şiələrinə vermişdir. Onlar Zeydin Əbu Bəkr və Ömər haqqında müsbət fikirdə olduğunu öyrənib onu tərk etdilər və buna görə də rafizi adlandılar.3

Bu versiya doğru deyil. Çünki tarixçilər Zeyd ibn Əli hərəkatı haqqında yazarkən bu məsələyə toxunmamışlar. Onlar yalnız kufəlilərin onu tək qoyduqlarını, beyətə vəfa qaılmadıqlarını qeyd etmişlər. Kufəlilər bundan öncə də vəfasızlıqla məşhur olmuşlar. Çünki onun babası Hüseyni (ə) də tək qoymuşdular.2

Rafizi termini hələ Zeyd ibn Əli dünyaya gəlməzdən öncə adi insanlar arasında geniş yayılmış siyasi termin olmuşdur. Siyasi hakimiyyətin dini legitimliyini qəbul etməyənlər rafizi adlandırılmışlar. Buna görə də Müaviyə öz müxaliflərini rafizi adlandırmışdır.

Nəsr ibn Müzahim “Vəqəti-Siffeyn” kitabında Müaviyənin Fələstində yaşayan Əmr ibn Asa ünvanladığı məktubda Mərvan ibn Həkəm və onunla həmfikir olan silahdaşlarını rafizi adlandırdığını yazır. Buna səbəb isə onların Əlinin (ə) hakimiyyəti ilə razılaşmamaları idi. Bu rafizi sözünün Zeydin dünyaya gəlişindən öncə də siyasi termin kimi işləndiyini göstərir.

2. Tarixi qaynaqlar göstərir ki, Bəni-Üməyyə dönəmində Əhli-beyt (ə) və şiələrinin düşmənləri bu termini hakimiyyətə qarşı olduqları üçün onlara aid edir və rafiziliyi bağışlanmaz günah hesab edirdilər. Əbu Bəsir nəql edir: “İmam Sadiqə (ə) dedim: “Camaat bizi “rafizi” adlandırır”. Həzrət (ə) buyurdu: “Allaha and olsun, onlar sizi “rafizi” adlandırmırlar. Sizi “rafizi” adlandıran Allahdır. Həqiqətən, Bəni-İsrailin yetmiş nəfər ən yaxşısı həzrət Musaya (ə) iman gətirdilər. Buna görə də onları “rafizi” adlandırdılar. Ey Əbu Bəsir! Camaat xeyri tərk edib şərə qucaq açdı. Siz isə şəri tərk edib xeyrə qucaq açdız”.1




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin