Haqqin iZİ İLƏ


Haris ibn Abdullah Həmdani (h. q. 65)



Yüklə 2,22 Mb.
səhifə227/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   223   224   225   226   227   228   229   230   ...   283
7. Haris ibn Abdullah Həmdani (h. q. 65);

Zəhəbi onun haqqında yazır: “Əllamə İmam Züheyr Haris ibn Abdullah ibn Kəb ibn Əsəd Həmdani Kufi Əlinin (ə) səhabələrindən olmuşdur. O, böyük biliyə malik fəqih idi. İslamın erkən çağlarında şiə alimlərindən sayılırdı”.7 İbn Hibban onu şiəlikdə qülüv edənlər sırasına daxil etmişdir8. İbn Həcər yazır: “Onun şiə olduğu göstərilmişdir”.9 Buna baxmayaraq, onun hədisləri “Sünəni-Əbu Davud”10, “Sünəni-Tirmizi”11, “Sünəni-İbn Macə”12 və “Sünəni-Nəsai”13 də nəql edilmişdir.



8. Həmran ibn Əyun;

İbn Hibban onu siqə rəvayətçilər sırasına daxil etmişdir14. İbn Həcər isə onu rafizi adlandırmışdır15. Buna baxmayaraq, “Sünəni-İbn Macə”də ondan hədislər nəql olunmuşdur.16



9. Ziyad ibn Münzir (h. q. 50);

İbn Hibban onu etibarlı rəvayətçilər sırasına daxil etmişdir.17 İbn Ədi onu Kufə qalilərindən biri kimi qələmə vermişdir.18 İbn Həcər isə onun rafizi olduğunu qeyd etmişdir19.

Buna baxmayaraq, Tirmizi ondan rəvayət nəql etmişdir.20


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin