22. Əmr ibn Abdullah ibn Übeyd Kufi (h. q. 127);
Yəhya ibn Muin, Əhməd ibn Hənbəl, Əbu Hatəm və Əccəli onun etibarlı olduğunu bildirmişlər. O, otuz səkkiz nəfər Peyğəmbər (s) səhabəsindən hədis eşitmişdir.10 İbn Qüteybə və Şəhristani onu imamiyyə şiə şəxsiyyətlərindən hesab etmişlər.11 Buna baxmayaraq, onun rəvayətləri “Səhihi-Buxari”12, “Səhihi-Müslim”13, “Sünəni-Əbu Davud”14, “Sünəni-Nəsai”,15 “Sünəni-Tirmizi”16 və “Sünəni-İbn Macə”də17 nəql olunmuşdur.
23. Qalib ibn Hüzel Kufi;
Zəhəbi onu düz danışan kimi təqdim etmişdir18. Buna baxmayaraq, İbn Həcər və digərləri onu rafizilikdə ittiham etmişlər və “Sünəni-Nəsai”də19 onun rəvayətləri nəql olunmuşdur.20
24. Məhəmməd ibn Raşid Xuzai (h. q. 160);
Nəsai onu etibarlı,21 Əbu Hatəm isə düz danışan və “həsən” hədislər22 nəql edən rəvayətçi hesab etmişdir. Buxari Əbd ər-Rəzzaqın belə dediyini nəql etmişdir. “Hədis nəql etməkdə ondan daha təqvalısını görmədim”.23 Məhəmməd ibn Raşid onu rafizi kimi təqdim etmişdir.1 Buna baxmayaraq, onun rəvayətləri “Sünəni-Əbu Davud”2, “Sünəni-İbn Macə”,3 “Sünəni-Nəsai”4 və “Sünəni-Tirmizi”də5 nəql olunmuşdur.
Dostları ilə paylaş: |