Haqqin iZİ İLƏ



Yüklə 2,22 Mb.
səhifə234/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   230   231   232   233   234   235   236   237   ...   283
28. Nəfi ibn Haris Kufi;

İbn Hibban onu etibarlı rəvayətçilərdən hesab etmişdir.17 İbn Ədi isə onu Kufə qülüv edənlərindən hesab etmişdir.18 Əqili onu ifratçı, qülüv edə rafizi hesab etmişdir.19 Buna baxmayaraq, onun rəvayətləri “Sünəni-Tirmizi” və “Sünəni-İbn Macə”də20 nəql olunmuşdur.



29. Harun ibn Səd Əccəli;

İbn Həcər onu düz danışan hesab etmişdir.21 Əqili onu ifratçı, qülüv edə rafizi hesab etmişdir.22 Buna baxmayaraq, onun hədisləri “Səhihi-Müslim”də yer alımışdır.23



30. Haşim ibn Büreyd Kufi;

İbn Muin,1 İbn Həcər2 və başqaları onun etibarlı olduğunu bildirmişlər. Zəhəbi onu rafizilyə aid etmişdir.3 İbn Ədi deyir: “Deyilənə görə, o şiəlikdə qülüv edirmiş”.4 Buna baxmayaraq, onun rəvayətləri “Sünəni-Əbu Davud” və “Sünəni-Nəsai”də5 nəql olunmuşdur.



31. Vəki ibn Cərrah;

Zəhəbi onu elm dəryası adlandırmışdır6. Əhməd ibn Hənbəl demişdir: “Mən Vəkidən daha hafiz, daha tutumlu adam görmədim”.7 İbn Səd onu etibarlı, əmin, alim, çox hədis nəql edən və höccət adlandırmışdır.8

Yəhya ibn Muin deyir: “Mən Mərvan ibn Müaviyənin yanında bir lövhə gördüm. Orada şeyxlərin (rəvayətçilərin) adları yazılmışdı. Misal üçün, filankəs rafizidir və s. və Vəki rafizidir”.9 Buna baxmayaraq, onun rəvayətləri “Səhihi-Buxari”10 , “Səhihi-Müslim”11, “Sünəni-Əbu Davud”12, “Sünəni-Tirmizi”13 və “Sünəni-İbn Macə”də14 nəql olunmuşdur.

32. Yusif ibn Həbbab Üsəyyidi;

İbn Şahin onu etibarlı və düz danışan hesab etmişdir15. İbn Həcər onu düz danışan hesab etmişdir16. Əqili onu rafizilikdə ifrat və qülüv edən hesab etmişdir.17 İbn Həcər deyir: “Onu rafiziliyə aid etmişlər”.18 Zəhəbi onu açıq şəkildə rafizi hesab edir.19 Buna baxmayaraq, onun rəvayətləri “Sünəni-Nəsai”20 , “Sünəni-İbn Macə”21 və “Sünəni- Tirmizi”də22 nəql olunmuşdur.



33. Əbu Həmzə Sümali (h. q. 150);

İbn Həcər və Süleymani onu rafizi hesab etmişlər. Buna baxmayaraq, onun rəvayətləri “Sünəni- Tirmizi”də23 nəql olunmuşdur.



34. Əbu Abdullah Cədəli.

Yəhya ibn Muin onu etibarlı hesab etmişdir24. Zəhəbi onu şiə və xəlifələrə qarşı kinli hesab etmişdir25. Lakin Əhməd onu etibarlı hesab etmiş26 və İbn Qüteybə qülüv edən rafizilər sırasında yer vermişdir1. Buna baxmayaraq, onun rəvayətləri “Sünəni-Əbu Davud”2 və “Sünəni- Tirmizi”də3 nəql olunmuşdur.





Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin